Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Xəzər və Binəqədi rayonları ərazisində oğurluq hadisələrini törətməkdə şübhəli bilinən Ə.Alıyev və P.Məmmədov saxlanılıblar
03.06.2024
Xəzər RPİ 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Buzovna qəsəbəsində evlərin birinin həyətindən 350 manat dəyərində inşaat materialları oğurlamaqda şübhəli bilinən Ə.Alıyev müəyyən olunaraq saxlanılıb.
Paytaxt sakini olan bir şəxsin qızıl-zinət əşyalarını dələduzluq yolu ilə almaqda şübhəli bilinən qadın saxlanılıb
Binəqədi RPİ 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə paytaxt sakini olan bir şəxsin qızıl-zinət əşyalarını dələduzluq yolu ilə almaqda şübhəli bilinən bir qadın müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Paytaxt və respublikanın ayrı-ayrı rayonlarında qanunsuz saxlanılan odlu silahlar təhvil götürülüb
Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir. İyunun 3-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 5 tüfəng, 1 qumbara və 32 ədəd müxtəlif çaplı patron təhvil götürüblər. Keçirilən əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 1 tüfəng aşkar edilərək götürülüb.
Dələduzluğa görə axtarışda olan 5 nəfər şəxs saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının iyunun 3-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 5 nəfər şəxs saxlanılaraq istintaqa təhvil verilib.
Gün ərzində ölkə ərazisində qeydə alınan 54 cinayətin açılması təmin olunub
02.06.2024
İyunun 2-də ölkə ərazisində qeydə alınan 45, əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir. İyunun 1-də və 2-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 3 tüfəng, 3 patron darağı və 161 ədəd müxtəlif çaplı patron təhvil götürüblər. Keçirilən əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 2 tüfəng aşkar edilərək götürülüb.
İyunun 1-də və 2-də ümumi çəkisi 9,1 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyunun 1-də və 2-də ümumi çəkisi 9,1 kiloqramdan artıq narkotik vasitə, həmçinin kultivasiya yolu ilə yetişdirilmiş 52 ədəd çətənə kolu aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Dələduzluğa görə axtarışda olan 12 nəfər şəxs saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının iyunun 1-də və 2-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 12 nəfər şəxs saxlanılaraq istintaqa təhvil verilib.
İyunun 1-də və 2-də polis itkin düşmüş kimi axtarışda olan 8 nəfəri tapıb
Daxil olmuş müraciətlər əsasında polis əməkdaşlarının keçirdikləri tədbirlərlə mayın 1-də Siyəzən rayonu ərazisində itkin düşmüş kimi axtarışda olan 23 yaşlı qız, mayın 7-də Xəzər rayonunun Buzova qəsəbəsi ərazisində itkin düşmüş kimi axtarışda olan 27 yaşlı oğlan, mayın 24-də Sumqayıt şəhəri ərazisində itkin düşmüş kimi axtarışda olan 36 yaşlı kişi, mayın 28-də Yasamal rayonu ərazisində itkin düşmüş kimi axtarışda olan 45 yaşlı kişi, mayın 30-da Yasamal rayonu ərazisində itkin düşmüş kimi axtarışda olan 19 yaşlı qız, mayın 30-da Ağdam rayonunun Quzanlı kəndi ərazisində itkin düşmüş kimi axtarışda olan 13 yaşlı qız, mayın 31-də Xəzər rayonunu Binə qəsəbəsi ərazisində itkin düşmüş kimi axtarışda olan 14 yaşlı qız, iyunun 1-də Masallı rayonunun Çaxırlı kəndi ərazisində itkin düşmüş kimi axtarışda olan 16 yaşlı qız tapılaraq aidiyyəti üzrə təhvil veriliblər.
Bir nəfərə qarşı dələduzluq etməkdə şübhəli bilinən 1972-ci il təvəllüdlü qadın saxlanılıb
Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bir nəfər şəxsin 26385 manat pulunu dələduzluq yolu ilə almaqda şübhəli bilinən 1972-ci il təvəllüdlü qadın saxlanılıb. Araşdırma aparılır.