Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Dələduzluğa görə axtarışda olan 6 nəfər şəxs saxlanılaraq istintaqa təhvil verilib
04.06.2024
Polis əməkdaşlarının iyunun 4-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 6 nəfər şəxs saxlanılaraq istintaqa təhvil verilib.
İyunun 4-də polis itkin düşmüş kimi axtarışda olan 11 nəfəri tapıb
Daxil olmuş müraciətlər əsasında polis əməkdaşlarının keçirdikləri tədbirlərlə mayın 6-da Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində itkin düşmüş kimi axtarışda olan 56 yaşlı kişi, mayın 15-də Quba rayonunun Timiryazev qəsəbəsi ərazisində itkin düşmüş kimi axtarışda olan 26 yaşlı qadın, mayın 27-də paytaxtın Nizami rayonu ərazisində itkin düşmüş kimi axtarışda olan 21 yaşlı oğlan, mayın 28-də Tovuz rayonunun Qovlar şəhəri ərazisində 2 azyaşlı övladı ilə birgə itkin düşmüş kimi axtarışda olan 25 yaşlı qadın, mayın 29-da Qəbələ rayonunun Nohurqışlaq kəndi ərazisində itkin düşmüş kimi axtarışda olan 50 yaşlı kişi, mayın 31-də Binəqədi rayonunun Sulutəpə qəsəbəsi ərazisində itkin düşmüş kimi axtarışda olan 27 yaşlı qadın, iyunun 3-də Salyan rayonunun Arbatan kəndi ərazisində itkin düşmüş kimi axtarışda olan 23 yaşlı qadın, iyunun 4-də Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisində itkin düşmüş kimi axtarışda olan 14 yaşlı qız, iyunun 4-də Sabirabad rayonu ərazisində itkin düşmüş kimi axtarışda olan 13 yaşlı qız tapılaraq aidiyyəti üzrə təhvil veriliblər.
Dələduzluğa görə saxlanılan E.Həsənovun digər analoji əməllərinin də üstü açılıb
Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbir nəticəsində elan saytlarında saxta məlumatlar yerləşdirərək çoxsaylı vətəndaşlardan müxtəlif məbləğlərdə pul vəsaitlərini “beh” adı ilə dələduzluq yolu ilə ələ keçirdiyinə görə saxlanılan E.Həsənovun digər analoji əməllərinin də üstü açılıb. Araşdırmalarla onun müxtəlif vaxtlarda daha 4 nəfər şəxsin eyni üsulla 2075, 400 və 3250 manat olmaqla ümumilikdə 5725 manat pullarını dələduzluq yolu ilə hesabına ödətdirməsi də müəyyən olunub. Faktlarla bağlı araşdırmalar davam etdirilir.
Sabirabad rayonunun Yuxarı Axtaçı kənd sakini P.Rəhimova məxsus həyətyanı sahədən 20 ədəd çətənə kolu aşkar olunaraq götürülüb
Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Yuxarı Axtaçı kənd sakini P.Rəhimova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 20 ədəd çətənə kolu aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
Ağdaş rayonunun Mürsəl kəndi ərazisində yabanı halda bitmiş çətənə kolları aşkar olunaraq məhv edilib
Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Mürsəl kəndi ərazisində yabanı halda bitmiş 993 kiloqram çəkidə 2783 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.
Xətai rayonunda saxlanılan üç kuryerdən 11 kiloqram heroin, marixuana və metamfetamin aşkarlanıb
Xətai Rayon Polis İdarəsinin (RPİ) Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının narkotiklərin qanunsuz dövriyyəsinə qarşı həyata keçirdikləri tədbirlərlə paytaxt sakinləri Osman Məmmədov, Şəmsəddin Abdullayev və Elşən Əskərov saxlanılıb. Onlardan 11 kiloqram heroin, tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana və metamfetamin aşkarlanıb. Hər üç şəxs narkotikləri maddi qazanc əldə etmək məqsədi ilə ayrı-ayrı ünvanlara yerləşdirərək paytaxt ərazisində qanunsuz dövriyyəsini təşkil etməli imişlər. Faktlarla bağlı araşdırmalar davam etdirilir. Həmçinin, Xətai rayonunda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı son bir ay ərzində keçirilən tədbirlərlə 57 fakt qeydə alınıb. Qanunsuz dövriyyədən 34 kiloqram narkotik vasitə və psixotrop maddələr çıxarılıb.
Binəqədi rayonunda may ayında narkotiklərlə bağlı 65 fakt müəyən edilib, avtomobili narkotik vasitə və spirtli içkinin təsiri altında idarə edən 23 sürücü aşkarlanıb
Binəqədi Rayon İdarəsinin (RPİ) əməkdaşlarının may ayı ərzində keçirdikləri silsilə əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 65 fakt aşkarlanıb. Qanunsuz dövriyyədən külli miqdarda müxtəlif növ narkotik maddə və psixotrop maddə çıxarılıb. Vətəndaşlarla aparılaran profilaktik tədbirlərin nəticəsi olaraq 8 odlu silah, o cümlədən 4 “Kalaşnikov” avtomatı, 4 “Makarov” tapançası və 81 ədəd patron polis əməkdaşlarına təhvil verilib.Binəqədi RPİ-nin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşlarının isə may ayında keçirdikləri tədbirlərlə narkotik vasitə və spirtli içkinin təsiri altında avtomobil idarə edən 23, avtoxuliqanlıq əməlləri törədən 2 sürücü aşkarlanıb. Tədbirlər zamanı avtomobilin konstruksiyasında dəyişiklik edən 27 sürücü müəyyən edilərək barələrində tədbir görülüb, həmçinin yol polisləri tərəfindən 1 ədəd “Kalaşnikov” avtomatı aşkar olunub.
Gün ərzində ölkə ərazisində qeydə alınan 38 cinayətin açılması təmin olunub
03.06.2024
İyunun 3-də ölkə ərazisində qeydə alınan 32, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Dələduzluqda şübhəli bilinən şəxs müəyyən olunaraq saxlanılıb
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə müxtəlif vaxtlarda üç nəfər şəxsin 47700 manat pulunu dələduzluq yolu ilə almaqda şübhəli bilinən 1984-cü il təvəllüdlü F.Qəhrəmanov saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
İyunun 3-də polis itkin düşmüş kimi axtarışda olan 4 nəfəri tapıb
Daxil olmuş müraciətlər əsasında polis əməkdaşlarının keçirdikləri tədbirlərlə mayın 2-də Nərimanov rayonu ərazisində itkin düşmüş kimi axtarışda olan 30 yaşlı kişi, mayın 14-də Qəbələ rayonunun Daşça kəndi ərazisində itkin düşmüş kimi axtarışda olan 30 yaşlı kişi, mayın 28-də Xəzər rayonunun Türkan qəsəbəsi ərazisində itkin düşmüş kimi axtarışda olan 23 yaşlı qadın və övladı, iyunun 1-də Balakən rayonunun Mahamalar kəndi ərazisində itkin düşmüş kimi axtarışda olan 29 yaşlı qız tapılaraq aidiyyəti üzrə təhvil veriliblər.