Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Avtomobilin salonundan 3000 manat dəyərində hissələrinin sökərək oğurlamaqda şübhəli bilinən 5 yeniyetmə müəyyən olunaraq saxlanılıb
07.07.2024
Yeni Günəşli qəsəbəsi “AB” yaşayış sahəsində “BMW” markalı avtomobilin salonundan 3000 manat dəyərində hissələrinin sökülərək oğurlanması barədə polisə məlumat daxil olub. Suraxanı RPİ 33-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən 5 yeniyetmə müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə itkin düşmüş kimi axtarışda olan şəxslər tapılaraq aidiyyəti üzrə təhvil verilib
İyulun 6-da və 7-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə itkin düşmüş kimi axtarışda olan 9 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
Gün ərzində ölkə ərazisində qeydə alınan 38 cinayətin açılması təmin olunub
06.07.2024
İyulun 6-da ölkə ərazisində qeydə alınan 38 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Daşkəsən rayonu Mədənçilər qəsəbəsi ərazisindən yabanı halda bitmiş çətənə kolu aşkar olunaraq məhv edilib
Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Mədənçilər qəsəbəsi ərazisindən yabanı halda bitmiş 672 kiloqram çəkidə 1360 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.
Ucar rayonu ərazisində marixuana aşkar olunaraq götürülüb
Ucar Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə iyulun 5-də rayon ərazisindəki ticarət mərkəzində yerləşən köşkdən 750 manat dəyərində 75 ədəd lotereya oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş Ə.Salmanov saxlanılıb. Onun yaşadığı evə baxış zamanı marixuana aşkar olunaraq götürülüb.Araşdırma aparılır.
Hacıqabul rayonu ərazisində marixuana aşkar olunaraq götürülüb
Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində tədbirlər davamlı olaraq həyata keçirilir
İyulun 6-da və 7-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə itkin düşmüş kimi axtarışda olan 9 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik maddələr aşkar olunaraq götürülüb