Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Səbail rayonu ərazisində yerləşən marketlərin birindən oğurluq etməkdə şübhəli bilinən Ə.Əlfəddinzadə saxlanılıb
02.06.2024
Səbail RPİ 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində yerləşən marketlərin birindən 1500 manat dəyərində məhsul oğurlamaqda şübhəli bilinən Ə.Əlfəddinzadə müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Ramana qəsəbəsi ərazisində yerləşən marketlərin birindən oğurluq etməkdə şübhəli bilinən H.Ovçiyev saxlanılıb
Mayın 31-də gecə saatlarında Ramana qəsəbəsi ərazisində yerləşən marketlərin birindən 1554 manat dəyərində tütün məmulatı və oradakı ödəmə terminalından 3170 manat pulun oğurlanması barədə Suraxanı RPİ-nin 31-ci Polis Bölməsinə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş H.Ovçiyev saxlanılıb.Araşdırma aparılır.
Nərimanov rayonu ərazisində bir nəfər şəxsin 2200 manat pulunu oğurlamaqda şübhəli bilinən qadın saxlanılıb
Nərimanov RPİ 16-cı Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə mayın 30-da rayon ərazisində bir nəfər şəxsin 2200 manat pulunu oğurlamaqda şübhəli bilinən qadın müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 50 cinayətin açılması təmin olunub
01.06.2024
İyunun 1-də ölkə ərazisində qeydə alınan 35, əvvəlki dövrlərdən bağlı qalan 15 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Abşeron rayonu ərazisində müxtəlif vaxtlarda 3 nəfər şəxsin bank kartlarından pullarını oğurlamaqda şübhəli bilinən N.Məmmədova saxlanılıb
Abşeron rayonu ərazisində müxtəlif vaxtlarda 3 nəfər şəxsin bank kartlarından 400, 220 və 442 manat pullarının oğurlanması barədə Abşeron Rayon Polis İdarəsinə məlumatlar daxil olub. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməllərini törətməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş N.Məmmədova müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Müxtəlif vaxtlarda 2 nəfər şəxsin bank kartlarından pul oğurlamaqda şübhəli bilinən R.Məmmədov saxlanılıb
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri digər tədbirlərlə müxtəlif vaxtlarda daha 2 nəfər şəxsin bank kartlarından 310 və 6000 manat oğurlamaqda şübhəli bilinən, əvvəllər də oğurluq və dələduzluğa görə məhkum olunmuş R.Məmmədov müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Paytaxt sakini olan bir şəxsin bank kartından 480 manat pulunu oğurlamaqda şübhəli bilinən Z.Məmmədov saxlanılıb
Nərimanov RPİ 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə paytaxt sakini olan bir şəxsin bank kartından 480 manat pulunu oğurlamaqda şübhəli bilinən Z.Məmmədov müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində yerləşən mağazaların birindən pul və tütün məmulatı oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb
Xəzər RPİ 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Buzovna qəsəbəsi ərazisində yerləşən mağazaların birindən 500 manat pul və tütün məmulatı oğurlamaqda şübhəli bilinən Z.Rzayev və İ.İmanov saxlanılıblar.Araşdırma aparılır.
Bir nəfər şəxsi aldadaraq hesabına 150 manat pul ödətdirməkdə şübhəli bilinən R.Adışov saxlanılıb
Səbail RPİ 41-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bir nəfər şəxsi aldadaraq hesabına 150 manat pul ödətdirməkdə şübhəli bilinən R.Adışov müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Ağsu rayonunun Rəhimli kəndində 2 həyətdən 4 baş qoyun oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb
Ağsu Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə müxtəlif vaxtlarda Rəhimli kəndində 2 həyətdən ümumilikdə 4 baş qoyun oğurlamaqda şübhəli bilinən N.Tahir oğlu və İ.Səlimov saxlanılıb.Araşdırma aparılır.