Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Gün ərzində ölkə ərazisində qeydə alınan 62 cinayətin açılması təmin olunub
11.06.2024
İyunun 11-də ölkə ərazisində qeydə alınan 52, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Paytaxt və respublikanın ayrı-ayrı rayonlarında qanunsuz saxlanılan odlu silahlar təhvil götürülüb
Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir. İyunun 11-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 1 tapança, 2 tüfəng, 4 patron darağı təhvil götürüblər.
Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb
Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində tədbirlər davamlı olaraq həyata keçirilir. İyunun 11-də və polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 1 avtomat silahı, 1 tüfəng, 1 patron darağı və 30 ədəd patron aşkar edilərək götürülüb.
Ümumi çəkisi 14,1 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyunun 11-də ümumi çəkisi 14,1 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Mehdiabad qəsəbəsi ərazisində avtomobildən bank kartını oğurlayaraq hesabdakı 494 manatı çıxarmaqda şübhəli bilinən C.Nəzərov saxlanılıb
Mehdiabad qəsəbəsi ərazisində “Chevrolet” markalı avtomobildən bank kartının oğurlanması və hesabdakı 494 manatın çıxarılması barədə polisə məlumat daxil olub.Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş C.Nəzərov müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Sahil qəsəbəsi ərazisində yerləşən mağazaların birindən qol saatları oğurlamaqda şübhəli bilinən P.Hacıyev saxlanılıb
İyunun 6-na keçən gecə Sahil qəsəbəsi ərazisində yerləşən mağazaların birindən 2000 manat dəyərində qol saatlarının oğurlanması barədə Qaradağ RPİ-nin 38-ci Polis Bölməsinə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən P.Hacıyev müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində bir qadının çantasından pul oğurlamaqda, iki nəfərdən isə dələduzluq yolu ilə pul almaqda şübhəli bilinən R.Bəndəliyev saxlanılıb
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Masazır qəsəbəsi ərazisində bir qadının çantasından 80 manat pul oğurlamaqda, iki nəfərdən isə dələduzluq yolu ilə ümumilikdə 268 manat pul almaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş R.Bəndəliyev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Ağdaş rayonunun Qaradeyn kəndi ərazisində bir nəfərə məxsus 4 ədəd arı yeşiyini oğurlamaqda şübhəli bilinən M.Əzizov saxlanılıb
Ağdaş Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Qaradeyn kəndi ərazisində bir nəfərə məxsus 4 ədəd arı yeşiyini oğurlamaqda şübhəli bilinən M.Əzizov saxlanılıb. Araşdırma aparılır.
Abşeron rayonu ərazisində avaralıq və dilənçiliklə məşğul olan 6 qadın və 9 azyaşlı saxlanılıb
Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən rayon ərazisində avaralıq və dilənçiliklə məşğul olan 6 qadın və 9 azyaşlı saxlanılıb.Araşdırma aparılır.
Ağdam rayonunun Cinli kəndi ərazisində yabanı halda bitmiş çətənə kolları aşkar olunaraq məhv edilib
Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Cinli kəndi ərazisində yabanı halda bitmiş 3,8 ton çəkidə 22313 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.