Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Paytaxt və respublikanın ayrı-ayrı rayonlarında qanunsuz saxlanılan odlu silahlar təhvil götürülüb
13.06.2024
Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir. İyunun 13-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 tüfəng və 59 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.
Ümumi çəkisi 1,7 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyunun 13-də ümumi çəkisi 1,7 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Dələduzluğa görə axtarışda olan 8 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının iyunun 13-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 8 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
İtkin düşmüş kimi axtarışda olan 4 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
İyunun 13-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə itkin düşmüş kimi axtarışda olan 4 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Bakıda içərisində 340 min manat olan seyfi oğurlayan dəstə üzvləri saxlanılıblar
Paytaxt ərazisində yerləşən evlərdən birindən içərisində 340 min manat olan seyf oğurlanıb. Hadisə barədə zərərçəkən şəxs polisə məlumat verən kimi dərhal araşdırmalara başlanılıb. Binəqədi Rayon Polis İdarəsinin (RPİ) əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törədən qabaqcadan əlbir olan dəstənin üzvləri - 1986-cı il təvəllüdlü Şəbnəm Hüseynova, bacısı 1996-cı il təvəllüdlü Zemfira Sultanova, onların əmisi oğlu 1991-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Qurban Sultanov və tanışları 1996-cı il təvəllüdlü Əli Qurbanov saxlanılıblar.Dindirmə zamanı məlum olub ki, hadisədən əvvəl Ş.Hüseynova müxtəlif vasitələrlə mənzilin açarlarını əldə edib. Daha sonra gecə saatlarında evə girərək dəmir seyfi oğurlayıb və əmisi oğlu Q.Sultanova təhvil verib. O isə öz növbəsində seyfi Şəmkir rayonuna apararaq içərisində olan 340 min manatı ələ keçirib. Bir neçə gün sonra Q.Sultanov pulun 194 min manatını Ə.Qurbanovun vasitəsi ilə əmisi qızlarına göndərib. Hadisədən sonra Q.Sultanov ona çatan pulla 4, Ş.Hüseynova isə Ə.Qurbanovun köməkliyi ilə 2 avtomobil alıb. Dəstənin digər üzvü Z.Sultanova isə oğurlanan pulun bir hissəsi ilə estetik əməliyyat etdirib.Polis əməkdaşları saxlanılan şəxslərin ünvanlarına baxış keçirən zamanı oğurlanan pulun bir qismi aşkarlanaraq maddi sübut kimi götürülüb.Faktla bağlı cinayət işi başlanılıb, dəstə üzvləri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
Yüzlərlə təqaüdçünün bank kartından pul oğurlayan Nuranə Məmmədova saxlanılıb
Ölkə ərazisində əsasən təqaüd kartlarından pul vəsaitlərinin naməlum şəraitdə oğurlandığı barədə polis orqanlarına vətəndaşlar tərəfindən çoxsaylı müraciətlər daxil olub. Həyata keçirilən əməliyyat-texniki tədbirlər nəticəsində qeyd edilən əməlləri törətməkdə şübhəli bilinən 1996-cı il təvəllüdlü Nuranə Məmmədova saxlanılıb. Həmin şəxs taladığı kartlar barədə məxfi məlumatları eyni əmələ görə artıq həbs olunan tanışı Asif Səmədovdan əldə etdiyini bildirib. Daha sonra o, zərərçəkənlərin kart məlumatlarını müxtəlif mobil tətbiqlərə əlavə edərək qeydiyyatdan keçməklə hesablardakı pul vəsaitlərini nağdlaşdırıb.Qeyd edək ki, N.Məmmədova bu yolla 100-dən artıq vətəndaşın hesabında olan müxtəlif məbləğlərdə pul vəsaitini ələ keçirib.Eyni əmələ görə artıq həbs olunmuş A.Səmədovun isə bankomatların yanında dayanaraq vəsaitlərini nağdlaşdırmaqda çətinlik çəkən şəxslərə yardım etmək adı ilə yaxınlaşaraq onların kart məlumatlarını ələ keçirdiyi sübuta yetirilib.Faktlarla bağlı cinayət işi başlanılıb, N.Məmmədova barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 78 cinayətin açılması təmin olunub
12.06.2024
İyunun 12-də ölkə ərazisində qeydə alınan 70, əvvəlki dövrlərdən bağlı qalan 8 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Bakı şəhər sakini olan bir nəfərin 3500 manat pulunu dələduzluq yolu ilə alımaqda, bir nəfəri isə aldadaraq adına 6000 manat kredit götürməkdə şübhəli bilinən bir qrup şəxs saxlanılıb
Ayrı-ayrı vaxtlarda Bakı şəhər sakini olan bir nəfərin 3500 manat pulunun dələduzluq yolu ilə alınması, bir nəfərin isə aldadılaraq adına onlayn üsulla 6000 manat kredit götürülməsi barədə Nəsimi RPİ-nin 20-ci Polis Şöbəsinə məlumatlar daxil olub.Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməllərini törətməkdə şübhəli bilinən S.Hüseynov, F.Qəşəmov və E.Qaragözov müəyyən olunaraq saxlanılıblar.Hər iki faktla bağlı araşdırma aparılır.
Qaradağ rayonu ərazisində yerləşən ticarət mərkəzində bir nəfərə məxsus inşaat materiallarını oğurlamaqda şübhəli bilinən A.Əhmədov saxlanılıb
Qaradağ RPİ 10-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində yerləşən ticarət mərkəzində bir nəfərə məxsus 500 manat dəyərində inşaat materiallarını oğurlamaqda şübhəli bilinən A.Əhmədov saxlanılıb.Araşdırma aparılır.
Nəsimi rayonu ərazisindən bir nəfərə məxsus mopedi oğurlamaqda şübhəli bilinən R.Əhmədov saxlanılıb
Nəsimi RPİ 20-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə iyunun 5-də rayon ərazisindən bir nəfərə məxsus mopedi oğurlamaqda şübhəli bilinən R.Əhmədov müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.