Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Qəbələ rayonunun Ovuclu kəndi ərazisindən yabanı halda bitmiş çətənə kolları aşkar olunaraq məhv edilib
08.06.2024
Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Ovuclu kəndi ərazisindən yabanı halda bitmiş 4,2 ton çəkidə 8200 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.
DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsi may ayında 325 kiloqram narkotik vasitəni dövriyyədən çıxarıb
Gün ərzində ölkə ərazisində qeydə alınan 58 cinayətin açılması təmin olunub
07.06.2024
İyunun 7-də ölkə ərazisində qeydə alınan 46, əvvəlki dövrlərdən bağlı qalan 12 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
İşğaldan azad olunan bölgələrin təhlükəsiz əraziyə çevirilməsi üçün DİN əməkdaşları tərəfindən tədbirlər davam etdirilir
Vətən müharibəsi və antiterror əməliyyatlarından sonra Böyük Qayıdış prosesinin sürətləndirilməsi və təhlükəsizliyin etibarlı təmin edilməsi məqsədilə Daxili İşlər Nazirliyinin əməkdaşları qarşıya qoyulan tapşırıqları peşəkarlıqla icra edirlər.Müharibə qalıqları, təhlükə mənbələrinin aşkarlanıb zərərsizləşdirilməsi prosesi fasiləsiz davam etdirilir. Bölgənin silah-sursatlardan, partlayıcı maddələrdən təmizlənməsi işi xidmətə cəlb edilən daxili işlər orqanları əməkdaşlarının əsas fəaliyyət istiqamətlərindən biridir.Həyata keçirilən tədbirlərlə 1-7 iyun tarixlərində polis əməkdaşları tərəfindən Xankəndi şəhəri ərazisindən 15 avtomat silahı, 3 pulemyot, 2 tapança, 10 tüfəng, 16 qumbara, 3 qumbara atan, 1 mina atan, 20 alışdırıcı, 2 trotil, 90 patron darağı, 2505 ədəd müxtəlif çaplı patron, 10 ədəd süngü-bıçaq, 1 gecəgörmə cihazı və digər sursatlar, Kəlbəcər rayonu ərazisindən isə 1 ədəd qumbara, 2 alışdırıcı, 1 ədəd patron darağı, 1 süngü-bıçaq və 2 rabitə vasitəsi aşkar olunaraq götürülüb.Polis əməkdaşları tərəfindən Xocalı şəhəri ərazisində yabanı halda bitmiş, 237 kiloqram çəkidə 423 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.
İyunun 7-də polis itkin düşmüş kimi axtarışda olan 6 nəfəri tapıb
Daxil olmuş müraciətlər əsasında polis əməkdaşlarının keçirdikləri tədbirlərlə mayın 16-dan Salyan rayonunun Arbatan kəndi ərazisində itkin düşmüş kimi axtarışda olan 41 yaşlı qadın, mayın 16-dan Ağsu rayonu ərazisində itkin düşmüş kimi axtarışda olan 32 yaşlı kişi, mayın 22-dən Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində itkin düşmüş kimi axtarışda olan 18 yaşlı oğlan, iyunun 1-dən Gəncə şəhəri ərazisində itkin düşmüş kimi axtarışda olan 21 yaşlı oğlan, iyunun 6-da Gəncə şəhəri ərazisində azyaşlı qızı ilə birgə itkin düşmüş kimi axtarışda olan qadın tapılaraq aidiyyəti üzrə təhvil veriliblər.
Üç nəfərin ümumilikdə 1010 manat və 3400 avro pullarını dələduzluq yolu ilə almaqda şübhəli bilinən qadın saxlanılıb
Yasamal RPİ 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə 3 nəfər şəxsin ümumilikdə 1010 manat və 3400 avro pullarını dələduzluq yolu ilə almaqda şübhəli bilinən qadın müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Bir nəfəri aldadıb hesabına 40 manat pul ödətdirməkdə şübhəli bilinən A.Eyvazlı saxlanılıb
Sumqayıt ŞPİ 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bir nəfəri aldadıb hesabına 40 manat pul ödətdirməkdə şübhəli bilinən A.Eyvazlı müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində müxtəlif vaxtlarda iki evdən oğurluq etməkdə şübhəli bilinən R.Məmmədov saxlanılıb
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Masazır qəsəbəsi ərazisində müxtəlif vaxtlarda iki evdən ümumilikdə 2400 manat pul, 26.600 manat dəyərində qızıl-zinət əşyaları, 3 ədəd mobil telefon və planşet oğurlamaqda şübhəli bilinən, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş R.Məmmədov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Bir nəfərin bank kartından 600 manatını oğurlamaqda şübhəli bilinən E.Quliyev saxlanılıb
Sabunçu RPİ 13-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə mayın 24-də bir nəfər şəxsin bank kartından 600 manatını oğurlamaqda şübhəli bilinən E.Quliyev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində yerləşən ticarət mərkəzində bir neçə oğurluq hadisələrini törətməkdə şübhəli bilinən S.Hüseynov saxlanılıb
Qaradağ RPİ 10-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Lökbatan qəsəbəsi ərazisində yerləşən ticarət mərkəzində müxtəlif vaxtlarda bir nəfərin 3 yeşik meyvəsini, bir nəfərin mobil telefonunu və 2 avtomobildən mobil telefonlar oğurlamaqda şübhəli bilinən S.Hüseynov müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.