Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Ümumi çəkisi 65,7 kiloqrama yaxın artıq narkotik vasitə aşkar olunaraq götürülüb
14.06.2024
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyunun 14-də ümumi çəkisi 65,7 kiloqrama yaxın artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 4,9 kiloqrama yaxın heroin, 58,9 kiloqrama yaxın marixuana, 2 kiloqrama yaxın metamfetamin, həmçinin 8808 ədəd metadon həbi və kultivasiya yolu ilə yetişdirilmiş 105 ədəd çətənə kolu olub.Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Dələduzluğa görə axtarışda olan 12 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının iyunun 14-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 12 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
İtkin düşmüş kimi axtarışda olan 12 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
İyunun 14-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə itkin düşmüş kimi axtarışda olan 12 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Səbail rayonunda narkotik vasitələr satan şəxs saxlanılıb
Səbail Rayon Polis İdarəsinin (RPİ) 39-cu Polis Bölməsinə Bayıl qəsəbəsində bir nəfərin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olub. Həyata keçirilən tədbirlərlə həmin şəxs - 1994-cü il təvəllüdlü Məhəddin Hüseynov saxlanılıb. Onun üzərindən satış məqsədi ilə əldə etdiyi 31 büküm psixotrop maddə metamfetamin və narkotik vasitə heroin aşkarlanıb. Faktla bağlı Səbail RPİ-də Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb. M.Hüseynov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 51 cinayətin açılması təmin olunub
13.06.2024
İyunun 13-də ölkə ərazisində qeydə alınan 46, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Binəqədi rayonu ərazisindəki evlərin birindən 2000 manat pul və 5500 manat dəyərində qızıl-zinət əşyalarını oğurlamaqda şübhəli bilinən S.Quliyeva saxlanılıb
İyunun 10-da Binəqədi rayonu ərazisindəki evlərin birindən 2000 manat pul və 5500 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub. Binəqədi RPİ 7-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən S.Quliyeva müəyyən olunaraq saxlanılıb. Onun dələduzluq yolu ilə digər bir qadının 2500 manat dəyərində qızıl-zinət əşyalarını alması da müəyyən edilib. Araşdırma aparılır.
Nəsimi rayonunun B.Səfəroğlu küçəsindən bir nəfərə məxsus mopedi oğurlamaqda şübhəli bilinən R.Səlimov saxlanılıb
Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinə iyunun 11-də gecə saatlarında B.Səfəroğlu küçəsindən bir nəfərə məxsus mopedin oğurlanması barədə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Rüfət Səlimov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Zəngilan rayonunun Şayıflı kəndi ərazisində yabanı halda bitmiş 1,7 ton çəkidə çətənə kolları aşkar edilərək məhv edilib
Zəngilan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Şayıflı kəndi ərazisində yabanı halda bitmiş 1,7 ton çəkidə 2600 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.
Qax rayonunun Zəyəm kəndi ərazisində yabanı halda bitmiş 3 tona yaxın çəkidə çətənə kolları aşkar olunaraq götürülüb
Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Zəyəm kəndi ərazisində yabanı halda bitmiş 3 tona yaxın çəkidə 6558 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.
Ağdaş rayonunun Mürsəl kəndi ərazisində yabanı halda bitmiş çətənə kolları aşkarlanaraq məhv edilib
Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Mürsəl kəndi ərazisində yabanı halda bitmiş 1,3 ton çəkidə 3986 ədəd çətənə kolu aşkarlanaraq məhv edilib.