Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisindən bir nəfərə məxsus mopedi oğurlamaqda şübhəli bilinən M.Həbibli saxlanılıb
07.06.2024
Sabunçu RPİ 13-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Bakıxanov qəsəbəsi ərazisindən bir nəfərə məxsus mopedi oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş M.Həbibli saxlanılıb.Araşdırma aparılır.
Ş.Əliyevdən 430 qram marixuana aşkar olunaraq götürülüb
Suraxanı Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə saxlanılan Ş.Əliyevdən 430 qram marixuana aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
Qax rayonunun Fıstıqlı kəndi ərazisində yabanı halda bitmiş 1,8 tondan artıq çəkidə çətənə kolları aşkar edilərək məhv edilib
Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Fıstıqlı kəndi ərazisində yabanı halda bitmiş 1,8 tondan artıq çəkidə 8775 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.
Ağdaş rayonu ərazisində yabanı halda bitmiş çətənə kolları aşkar edilərək məhv edilib
Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində yabanı halda bitmiş 842 kiloqram çəkidə 2142 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.
Paytaxt və respublikanın ayrı-ayrı rayonlarında qanunsuz saxlanılan odlu silahlar təhvil götürülüb
Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir. İyunun 7-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 2 qumbara, 2 tüfəng, 4 patron darağı və 107 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.
Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb
Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində tədbirlər davamlı olaraq həyata keçirilir. İyunun 7-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 5 avtomat silahı, 9 tapança, 3 tüfəng, 13 patron darağı və 66 ədəd patron aşkar edilərək götürülüb.
İyunun 7-də ümumi çəkisi 27 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyunun 7-də ümumi çəkisi 27 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
İyunun 7-də dələduzluğa görə axtarışda olan 2 nəfər şəxs saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının iyunun 7-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 2 nəfər şəxs saxlanılaraq istintaqa təhvil verilib.
Sumqayıtda 15 avtomobilin şüşəsini sındıran və velosipedlər oğurlayan şəxslər saxlanılıblar
Sumqayıt Şəhər Polis İdarəsinə (ŞPİ) şəhər ərazisində avtomobillərin şüşələrinin sındırılaraq salonlarından pul, mobil telefon, və digər qiymətli əşyaların oğurlanması barədə çoxsaylı şikayətlər daxil olub. Hadisə yerlərinə baxış zamanı əməllərin eyni şəxs tərəfindən törədildiyinə dair əsaslı şübhələr yaranıb. İdarə əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı hadisələri törətməkdə şübhəli bilinən 1977-ci il təvəllüdlü Zakir Nurəliyev saxlanılıb. İlkin araşdırmalarla onun Sumqayıtda 15 avtomobilin şüşəsini sındıraraq oğurluq etdiyi müəyyən edilib. Qeyd edək ki, bu şəxs əvəllər də oğurluq etdiyi üçün məhkum olunub və bu ilin fevralında azadlığa buraxılıb. İdarə əməkdaşlarının həyata keçirdikləri digər tədbir zamanı şəhər ərazisində binaların girişlərindən vətəndaşlara məxsus velosipedləri oğurlayan əvvəllər məhkum olunmuş 1979-cu il təvəllüdlü Ramil İsgəndərov da saxlanılıb. Onun üzərində əlavə olaraq narkotik vasitə heroin də aşkarlanıb. R.İsgəndərovun Sumqayıt şəhərində 20-yə yaxın velosiped oğurladığı məlum olub. Faktlarla bağlı araşdırmalar davam etdirilir. Qeyd olunan şəxslərin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə polis orqanlarına məlumat verə bilərlər.
Gün ərzində ölkə ərazisində qeydə alınan 54 cinayətin açılması təmin olunub
06.06.2024
İyunun 6-da ölkə ərazisində qeydə alınan 47, əvvəlki dövrlərdən bağlı qalan 7 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.