Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Laçın rayonunun Malıbəy kəndi ərazisində 3 hektar sahədən yabanı halda bitən çətənə kolları məhv edilib
09.06.2024
Laçın Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Malıbəy kəndi ərazisində 3 hektar sahədən yabanı halda bitən 850 kiloqram çəkidə 5215 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.
Paytaxt və respublikanın ayrı-ayrı rayonlarında qanunsuz saxlanılan odlu silahlar təhvil götürülüb
Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir. İyunun 8-də və 9-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 1 tapança, 1 pulemyot, 1 qumbara, 6 tüfəng və 200 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.
Gün ərzində ölkə ərazisində qeydə alınan 69 cinayətin açılması təmin olunub
08.06.2024
İyunun 8-də ölkə ərazisində qeydə alınan 56, əvvəlki dövrlərdən bağlı qalan 13 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Bir nəfərin bank kartından 410 manatını oğurlamaqda şübhəli bilinən S.Abışov saxlanılıb
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə mayın 27-də bir nəfər şəxsin bank kartından 410 manatını oğurlamaqda şübhəli bilinən S.Abışov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Bir nəfərin mobil telefonunu dələduzluq yolu ilə almaqda şübhəli bilinən R.Əliyev saxlanılıb
Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə iyunun 5-də bir nəfər şəxsin mobil telefonunu dələduzluq yolu ilə almaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş R.Əliyev saxlanılıb.Araşdırma aparılır.
Sabunçu rayonunun Sabunçu qəsəbəsi ərazisində bir şəxsə qarşı quldurluq etməkdə şübhəli bilinən T.Axundov saxlanılıb
Sabunçu RPİ 12-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə iyunun 2-də gecə saatlarında Sabunçu qəsəbəsi ərazisində bir nəfər şəxsin 500 manat pulunu quldurluq yolu ilə talamaqda şübhəli bilinən T.Axundov müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Kürdəmir rayonunun Atakişili kənd sakini İ.Əsədovun həyətindən 7 ədəd çətənə kolu götürülüb
Kürdəmir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Atakişili kənd sakini, əvvəllər məhkum olunmuş İ.Əsədovun həyətindən dibçəklərdə kultivasiya yolu ilə yetişdirilən 7 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.Araşdırma aparılır.
Şəmkir rayonunun Dəllər-Cəyir kənd sakini B.Muxtarovdan 400 qram marixuana götürülüb
Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Dəllər-Cəyir kənd sakini, əvvəllər məhkum olunmuş B.Muxtarovdan 400 qram marixuana aşkar olunaraq götürülüb.Araşdırma aparılır.
İmişli rayonunun Əliqulular kəndi ərazisində bir həyətdən 2 baş qoyun oğurlamaqda şübhəli bilinən bir qrup şəxs saxlanılıb
İmişli Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə iyunun 6-na keçən gecə Əliqulular kəndi ərazisində bir həyətdən 2 baş qoyun oğurlamaqda şübhəli bilinən S.Qarayev, N.Balakişiyev və M.Teymurov saxlanılıblar.Araşdırma aparılır.
Zərdab şəhəri ərazisində saxlanılan R.Bayramlı və İ.Rüstəmovdan narkotik vasitələr aşkar olunaraq götürülüb
Zərdab Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə R.Bayramlı və İ.Rüstəmov şəhər ərazisində saxlanılıblar. R.Bayramlıdan 2 kiloqram 95 qram marixuana, 107 qrama yaxın metamfetamin, 30 qramdan çox tiryək və 50 ədəd metadon həbi aşkar olunaraq götürülüb.Araşdırma aparılır.