Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Maşının salonunu sərin saxlamaq istədi, qapılarını açıq saxladı, nəticədə nəqliyyat vasitəsi qaçırıldı
10.06.2024
Xətai rayonu Sarayevo küçəsindən Bakı şəhər sakini olan bir nəfərin “Mercedes” markalı avtomobili qaçırılıb. Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə hadisəni törətmiş əvvəllər məhkum olunmuş 1975-ci il təvəllüdlü Şakir İbrahimov avtomobillə birgə saxlanılıb.Qeyd edək ki, avomobilin sahibi maşının salonunu sərin olması üçün kondisioneri işlək vəziyyətdə saxlayıb. Sahibinin nəqliyyat vasitəsini tərk edən zaman qapıların açıq qaldığını müşahidə edən Ş.İbrahimov avtomobili qaçıraraq həmin ünvandan uzaqlaşıb. İdarə əməkdaşları tərəfindən həyata keçirilən daha bir tədbir zamanı rayon ərazisində evlərdən birinə açıq qalmış pəncərədən daxil olaraq mənzil sahibinə qarşı soyğunçuluq edən 1998-ci il təvəllüdlü İsa Nəsirov saxlanılıb. O, hadisə zamanı zərərçəkənin pulunu və bank kartını ələ keçirib.Hər iki faktla bağlı araşdırmalar davam etdirilir. Ş.İbrahimov və İ.Nəsirovun əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə polisə məlumat verə bilərlər.
Polis evlərdən oğurluq edən şəxsi onun ayaq izi ilə saxlayıb
Xəzər rayonu Binə qəsəbəsində yerləşən evlərin birindən 10 min manat dəyərində qızıl-zinət əşyaları və 18 ədəd spirtli içki viskinin oğurlanması barədə polisə məlumat daxil olub. Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə hadisəni törədən Vüsal Məmmədli saxlanılıb.Araşdırma zamanı onun ümumilikdə 7 evdən oğurluq etdiyi müəyyən edilib. V.Məmmədli oğurladığı qızılları Buzovna qəsəbəsində yerləşən mağazaya satıb.Qeyd edək ki, saxlanılan şəxs oğurluq etdiyi evlərdən birini pəncərədən tərk edən zaman mənzildə onun ayaq izləri qalıb. Polisin məhz ayaq izindən başladığı araşdırmalar sonda V.Məmmədlinin saxlanılması ilə nəticələnib. V.Məmmədli barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.
Bir nəfərin bank kartından 380 manatını oğurlamaqda şübhəli bilinən E.Səfərov saxlanılıb
Yasamal RPİ 28-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə iyunun 5-də bir nəfər şəxsin bank kartından 380 manatını oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş E.Səfərov müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Binəqədi rayonu ərazisində bir nəfərin mobil telefonunu və pulunu oğurlamaqda şübhəli bilinən V.Abbasov saxlanılıb
Binəqədi RPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə iyunun 6-da rayon ərazisində bir nəfər şəxsin üzlüyündə 230 manat pulu olan mobil telefonunu oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş V.Abbasov saxlanılıb. Araşdırma aparılır.
Yasamal rayonu ərazisində bir nəfərin mobil telefonunu oğurlamaqda şübhəli bilinən qadın saxlanılıb
Yasamal RPİ 27-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində bir nəfər şəxsin mobil telefonunu oğurlamaqda şübhəli bilinən qadın müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Səbail rayonu ərazisində yerləşən iaşə obyektində bir nəfərin çantasından pulunu oğurlamaqda şübhəli bilinən İ.Tağıyev saxlanılıb
Səbail RPİ 8-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində yerləşən iaşə obyektində bir nəfər şəxsin çantasından 3500 manat pulunu oğurlamaqda şübhəli bilinən İ.Tağıyev müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Lənkəran rayonu ərazisində evlərin birindən pul oğurlamaqda şüsbhəli bilinən R.Kazımov saxlanılıb
Lənkəran Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində evlərin birindən 3200 manat pul oğurlamaqda şüsbhəli bilinən R.Kazımov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Şabran rayonunun Uzunboyad kənd sakini S.İsmayılova məxsus həyətdən 31 ədəd çətənə kolu götürülüb
Şabran Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Uzunboyad kənd sakini, əvvəllər məhkum olunmuş S.İsmayılova məxsus həyətdən kultivasiya yolu ilə yetişdirilmiş 31 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.
Paytaxt və respublikanın ayrı-ayrı rayonlarında qanunsuz saxlanılan odlu silahlar təhvil götürülüb
Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir. İyunun 10-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 2 tapança, 1 qumbara, 5 tüfəng, 1 patron darağı və 90 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.
Gün ərzində ölkə ərazisində qeydə alınan 54 cinayətin açılması təmin olunub
09.06.2024
İyunun 9-da ölkə ərazisində qeydə alınan 46, əvvəlki dövrlərdən bağlı qalan 8 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.