Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
İyunun 8-də və 9-da ümumi çəkisi 49,4 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
09.06.2024
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyunun 8-də və 9-da ümumi çəkisi 49,4 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 2,5 kiloqramdan artıq heroin, 45,8 kiloqrama yaxın marixuana, 75 qram tiryək, 1 kiloqramdan artıq metamfetamin, həmçinin 60 ədəd metadon həbi və 23 ədəd kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolu olub. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
İyunun 8-də və 9-da dələduzluğa görə axtarışda olan 10 nəfər şəxs saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının iyunun 8-də və 9-da keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 10 nəfər şəxs saxlanılaraq istintaqa təhvil verilib.
İyunun 8-də və 9-da itkin düşmüş kimi axtarışda olan 7 nəfər şəxs tapılaraq aidiyyəti üzrə təhvil verilib
Polis əməkdaşlarının iyunun 8-də və 9-da keçirdikləri tədbirlərlə itkin düşmüş kimi axtarışda olan 7 nəfər şəxs tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Bərdə şəhəri ərazisindən avtomobil qaçırmaqda şübhəli bilinən R.Şəmilov saxlanılıb
İyunun 9-da Bərdə şəhəri ərazisindən “VAZ-2101” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub. Bərdə Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş R.Şəmilov saxlanılıb. Araşdırma aparılır.
Səbail rayonu ərazisində marşrut avtobusunda bir qadının mobil telefonunu oğurlamaqda şübhəli bilinən R.Bəkirov saxlanılıb
Səbail RPİ 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində marşrut avtobusunda bir qadının mobil telefonunu oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş R.Bəkirov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Nərimanov rayonu ərazisində bir nəfərin mobil telefonunu oğurlamaqda şübhəli bilinən Ç.Rəhimov saxlanılıb
Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində bir nəfər şəxsin mobil telefonunu oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş Ç.Rəhimov saxlanılıb.Araşdırma aparılır.
Şəki şəhəri ərazisində saxlanılan İ.Dadaşovdan marixuana və heroin aşkar olunaraq götürülüb
Şəki Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə saxlanılan İ.Dadaşovdan 2,4 kiloqram marixuana və 2,1 kiloqram heroin aşkar olunaraq götürülüb.Araşdırma aparılır.
Zaqatala rayonu ərazisində saxlanılan R.Məmmədovdan marixuana götürülüb
Zaqatala Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə saxlanılan R.Məmmədovdan 470 qram marixuana aşkar olunaraq götürülüb.Araşdırma aparılır.
Şəmkir rayonu ərazisində saxlanılan N.Cəbrayılovdan marixuana aşkar edilərək götürülüb
Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə saxlanılan N.Cəbrayılovdan 7 qram, idarə etdiyi “VAZ-2106” markalı avtomobilə baxış zamanı isə əlavə 405 qram marixuana aşkar edilərək götürülüb.Araşdırma aparılır.
Saatlı rayonunun Şirinbəy kənd sakini C.Abbasova məxsus həyətdən 12 ədəd çətənə kolu götürülüb
Saatlı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Şirinbəy kənd sakini C.Abbasova məxsus həyətdən kultivasiya yolu ilə yetişdirilmiş 12 ədəd çətənə kolu aşkar edilərək götürülüb.Araşdırma aparılır.