Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
İtkin düşmüş kimi axtarışda olan 20 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
16.06.2024
İyunun 15-də və 16-da polis əməkdaşlarının keçirdikləri tədbirlərlə itkin düşmüş kimi axtarışda olan 20 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Nərimanov rayonu ərazisində bir nəfərin çantasından 700 manatını oğurlamaqda şübhəli bilinən E.Tağızadə müəyyən olunaraq saxlanılıb
Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə iyunun 14-də rayon ərazisində bir nəfərin çantasından 700 manatını oğurlamaqda şübhəli bilinən E.Tağızadə müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Əvvəllər məhkum olunmuş A.Fərəcovdan 1 kiloqram 520 qram marixuana aşkar olunaraq götürülüb
Oğuz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə saxlanılan əvvəllər məhkum olunmuş A.Fərəcovdan 1 kiloqram 520 qram marixuana aşkar olunaraq götürülüb.Araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 44 cinayətin açılması təmin olunub
15.06.2024
İyunun 15-də ölkə ərazisində qeydə alınan 43, əvvəlki dövrlərdən bağlı qalan 1 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Soyğunçuluq əməllərini törətməkdə şübhəli bilinən İ.Əliyev və bir yeniyetmə müəyyən olunaraq saxlanılıblar
Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində müxtəlif vaxtlarda bir nəfərin 2290 manatının, bir nəfərin isə mobil telefonunun soyğunçuluq yolu ilə talanması barədə polisə məlumatlar daxil olub. Binəqədi RPİ 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə soyğunçuluq əməllərini törətməkdə şübhəli bilinən İ.Əliyev və bir yeniyetmə müəyyən olunaraq saxlanılıblar. Binəqədi Rayon Polis İdarəsində hər iki faktla bağlı araşdırma aparılır.
Xətai rayonu ərazisindən avtomobil qaçırmaqda şübhəli bilinən K.Nəzərov müəyyən olunaraq avtomobillə birgə saxlanılıb
İyunun 15-də Xətai rayonu ərazisindən “Hyundai” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.Xətai RPİ 36-cı Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən K.Nəzərov müəyyən olunaraq avtomobillə birgə saxlanılıb. Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.
Oğurluqda şübhəli bilinən N.Əliyev, C.Mahmudov və V.İsmayılov müəyyən olunaraq saxlanılıblar
Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə iyunun 12-də gecə saatlarında Q.Qarayev prospektində yerləşən marketlərin birindən 550 manat dəyərində içkilər, kosmetik vasitələr və məişət əşyaları oğurlamaqda şübhəli bilinən N.Əliyev, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuşlar – C.Mahmudov və V.İsmayılov müəyyən olunaraq saxlanılıblar.Araşdırma aparılır.
Şabran şəhər sakini D.Məmmədovun kultivasiya yolu ilə yetişdirdiyi 29 ədəd çətənə kolu aşkar olunaraq götürülüb
Şabran Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə şəhər sakini D.Məmmədovun kultivasiya yolu ilə yetişdirdiyi 29 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.Araşdırma aparılır.
E.Əmiraslanovdan 6 qramdan artıq, Posanlı yaşayış sahəsində gizlətdiyi əlavə 445 qram marixuana aşkar olunaraq götürülüb
Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə saxlanılan E.Əmiraslanovdan 6 qramdan artıq, Posanlı yaşayış sahəsində gizlətdiyi əlavə 445 qram marixuana aşkar olunaraq götürülüb.Araşdırma aparılır.
Lerik rayonu ərazisindən yabanı halda bitmiş, 4,2 tondan artıq çəkidə 16286 ədəd çətənə kolu aşkarlanaraq məhv edilib
Lerik Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Orand kəndi ərazisindən yabanı halda bitmiş, 4,2 tondan artıq çəkidə 16286 ədəd çətənə kolu aşkarlanaraq məhv edilib.