Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Zabrat qəsəbəsindəki evlərin birindən 3000 manat dəyərində qızıl-zinət əşyalarını oğurlamaqda şübhəli bilinən E.Səfərəliyev saxlanılıb
12.06.2024
İyunun 10-da Zabrat qəsəbəsindəki evlərin birindən 3000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.Sabunçu RPİ 15-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş E.Səfərəliyev müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Sumqayıt şəhəri 6-cı mikrorayon ərazisində evlərin birindən 2 ədəd qızıl üzük oğurlamaqda şübhəli bilinən qadın saxlanılıb
İyunun 12-də Sumqayıt şəhəri 6-cı mikrorayon ərazisində evlərin birindən 2 ədəd qızıl üzüyün oğurlanması barədə polisə məlumat daxil olub.Sumqayıt ŞPİ 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən qadın müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Yasamal rayonu ərazisində oğurluqda şübhəli bilinən S.Səlimov, Salyan rayonu ərazisində isə eyni növ cinayətdə şübhəli bilinən X.Bədəlov saxlanılıb
Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində ictimai nəqliyyatda bir qadının çantasından mobil telefonunu oğurlamaqda şübhəli bilinən S.Səlimov, Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə rayon ərazisində yerləşən restoranda bir nəfərin mobil telefonunu oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş X.Bədəlov saxlanılıb.Hər iki faktla bağlı araşdırma aparılır.
Ağdaş rayonu ərazisində 2 nəfərə məxsus piştaxtalardan ümumilikdə 760 manat dəyərində lotereya biletlərini oğurlamaqda şübhəli bilinən R.Hacıyev saxlanılıb
Ağdaş Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində 2 nəfərə məxsus piştaxtalardan ümumilikdə 760 manat dəyərində lotereya biletlərini oğurlamaqda şübhəli bilinən, əvvəllər də narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş R.Hacıyev müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Kəlbəcər şəhəri ərazisində yabanı halda bitmiş çətənə kolları aşkar olunaraq məhv edilib
Kəlbəcər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər ərazisində yabanı halda bitmiş 1,4 ton çəkidə 3518 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.
Ağdam rayonunun Xaçındərbənd kəndi ərazisində yabanı halda bitmiş çətənə kolları aşkar olunaraq məhv edilib
Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Xaçındərbənd kəndi ərazisində yabanı halda bitmiş 3,1 ton çəkidə 20017 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.
Paytaxt və respublikanın ayrı-ayrı rayonlarında qanunsuz saxlanılan odlu silahlar təhvil götürülüb
Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir. İyunun 12-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 tapança, 6 tüfəng, 1 patron darağı və 116 ədəd müxtəlif çaplı patron təhvil götürüblər. Keçirilən əməliyyat tədbirləri ilə 3 tüfəng aşkar edilərək götürülüb.
İyunun 12-də ümumi çəkisi 11,6 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyunun 12-də ümumi çəkisi 11,6 kiloqrama yaxın narkotik vasitə, həmçinin 339 ədəd metadon həbi aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Dələduzluğa görə axtarışda olan 13 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının iyunun 12-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 13 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
İtkin düşmüş kimi axtarışda olan 7 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
İyunun 12-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə itkin düşmüş kimi axtarışda olan 7 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.