Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir
17.06.2024
İyunun 17-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 1 tüfəng, 1 patron darağı və 30 ədəd müxtəlif çaplı patron təhvil götürüblər. Həmçinin polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə 1 ədəd tüfəng aşkar edilərək götürülüb.
Ümumi çəkisi 38 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyunun 17-də ümumi çəkisi 38 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
İtkin düşmüş kimi axtarışda olan 8 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
İyunun 17-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə itkin düşmüş kimi axtarışda olan 8 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Ümumilikdə 8,5 kiloqramdan artıq marixuana aşkar olunaraq götürülüb
Xəzər RPİ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri tədbirlərlə Qala qəsəbəsində yerləşən yarımtikilidən və Lerik rayonunun Kələxan kəndi ərazisindən ümumilikdə 8,5 kiloqramdan artıq marixuana aşkar olunaraq götürülüb.Araşdırma aparılır.
Oğurluqda şübhəli bilinən F.Soltanov müəyyən olunaraq saxlanılıb
Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Bakıda yerləşən mağazaların birindən bir nəfərə məxsus pul, bank kartları və sənədlər olan çantanı oğurlamaqda şübhəli bilinən F.Soltanov müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Oğurluq əməlini törətməkdə şübhəli bilinən M.Bayramov müəyyən olunaraq saxlanılıb
Paytaxtın Səbail rayonu ərazisində yerləşən otellərin birindən 500 avro, dəyəri 280 manat olan qulaqlıq və 2 ədəd bank kartının oğurlanması barədə polisə məlumat daxil olub.Yasamal RPİ 28-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən M.Bayramov müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 33 cinayətin açılması təmin olunub
16.06.2024
İyunun 16-da ölkə ərazisində qeydə alınan 33 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Paytaxt və respublikanın ayrı-ayrı rayonlarında qanunsuz saxlanılan odlu silahlar təhvil götürülüb
Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir. İyunun 15-də və 16-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 tapança, 2 tüfəng, 1 patron darağı və 1930 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.
Ümumi çəkisi 2,5 kiloqramdan artıq narkotik vasitə, həmçinin kultivasiya yolu ilə yetişdirilmiş 56 ədəd çətənə kolu aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyunun 15-də və 16-da ümumi çəkisi 2,5 kiloqramdan artıq narkotik vasitə, həmçinin kultivasiya yolu ilə yetişdirilmiş 56 ədəd çətənə kolu aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Dələduzluğa görə axtarışda olan 18 nəfər şəxs saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının iyunun 15-də və 16-da keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 18 nəfər şəxs saxlanılaraq istintaqa təhvil verilib.