Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Göygöl Rayon Çaybağı adlanan ərazidən yabanı halda bitən çətənə kolu aşkar olunaraq məhv edilib
23.07.2024
Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Çaybağı adlanan ərazidən yabanı halda bitən 1,7 ton çəkidə 2833 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.
Müxtəlif qurumların serverlərinə kiberhücumlar edən şəxs saxlanılıb
Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşlarının həyata keçirdikləri daha bir əməliyyat-texniki tədbirlər nəticəsində özünü internet saytlarının təhlükəsizlik məsələləri üzrə mütəxəssisi kimi təqdim edən Rəcəbov Şahin Rəcəb oğlu saxlanılıb.Müəyyən olunub ki, Ş.Rəcəbov müxtəlif müəssisə və təşkilatlara zəng edərək özünü internet saytlarının təhlükəsizlik məsələləri üzrə mütəxəssisi kimi təqdim edib müəssisə və təşkilatlara məxsus domenlərin yerləşdiyi server və elektron xidmətlərin onun nəzarəti altında olduğunu, habelə həmin müəssisələrə saxta hesab-fakturalar göndərərək təcili ödəniş etmələrini, əks təqdirdə onlayn xidmət sahələrinin fəaliyyətini tam dayandıracağını qeyd edib. O, bu yolla domen və serverlərin bağlanmaması üçün obyekt sahiblərindən qanunsuz pul vəsaitləri tələb edib. Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir. Bənzər hallarla qarşılaşan vətəndaşlar bu barədə Baş İdarəyə məlumat verə bilərlər.
Gün ərzində ölkə ərazisində qeydə alınan 43 cinayətin açılması təmin olunub
22.07.2024
Qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirilir
Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində tədbirlər davamlı olaraq həyata keçirilir
Narkotik vasitələrin qanunsuz dövriyyədən çıxarılması istiqamətində qətiyyətli mübarizə tədbirləri davam etdirilir
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyulun 22-də ümumi çəkisi 12 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 2,4 kiloqrama yaxın heroin, 5,3 kiloqram marixuana, 4,3 kiloqramdan artıq metamfetamin, həmçinin kultivasiya yolu ilə yetişdirilmiş 93 ədəd çətənə kolu olub.Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Dələduzluğa görə axtarışda olan 10 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının iyulun 22-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 10 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
İtkin düşmüş kimi axtarışda olan 5 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
İyulun 22-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə itkin düşmüş kimi axtarışda olan 5 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Yasamal rayonu ərazisində yerləşən avtosalonların birindən avtomobil qaçırmaqda şübhəli bilinən şəxs avtomobillə birgə saxlanılıb
Nəsimi Rayon ərazisində bir nəfərin pulunu soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən qadın müəyyən olunaraq saxlanılıb