Paytaxt və respublikanın ayrı-ayrı rayonlarında qanunsuz saxlanılan odlu silahlar təhvil götürülüb
16.08.2024Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir.
Avqustun 16-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 2 tüfəng, 2 patron darağı və 49 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.