Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Gün ərzində ölkə ərazisində qeydə alınan 121 cinayətin açılması təmin olunub
20.06.2024
İyunun 20-də ölkə ərazisində qeydə alınan 51, əvvəlki dövrlərdən bağlı qalan 70 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Paytaxt və respublikanın ayrı-ayrı rayonlarında qanunsuz saxlanılan odlu silahlar təhvil götürülüb
Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir. İyunun 20-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 18 avtomat silahı, 1 tapança, 47 tüfəng, 33 qumbara, 31 alışdırıcı, 4 patron darağı və 444 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.
Qanunsuz saxlanılan odlu silah-sursat aşkar edilərək götürülüb
Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində tədbirlər davamlı olaraq həyata keçirilir. İyunun 20-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 2 avtomat silahı, 2 tapança, 3 patron darağı və 15 ədəd patron aşkar edilərək götürülüb.
Ümumi çəkisi 1,2 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyunun 20-də ümumi çəkisi 1,2 kiloqrama yaxın narkotik vasitə, həmçinin 29 ədəd metodon həbi və 21 ədəd kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolu aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Dələduzluğa görə axtarışda olan 11 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının iyunun 20-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 11 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
İtkin düşmüş kimi axtarışda olan 10 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
İyunun 20-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə itkin düşmüş kimi axtarışda olan 10 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Xaçmaz dəmiryolu stansiyası ərazisində keçirdikləri tədbirlərlə saxlanılan A.Hüseynovdan marixuana götürülüb
Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının Xaçmaz dəmiryolu stansiyası ərazisində keçirdikləri tədbirlərlə saxlanılan A.Hüseynovdan 295 qram marixuana aşkar olunaraq götürülüb.Araşdırma aparılır.
Bir nəfərin bank kartından 628 manatını oğurlamaqda şübhəli bilinən S.Ələkbərov və M.Haxverdiyev saxlanılıblar
İyunun 17-də bir nəfərin bank kartından 628 manatının oğurlanması barədə Nərimanov RPİ-nin 17-cin Polis Şöbəsinə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən S.Ələkbərov və M.Haxverdiyev müəyyən olunaraq saxlanılıblar.Araşdrırma aparılır.
İki nəfəri aldadaraq hesabına 25 və 15 manat pul ödətdirməkdə şübhəli bilinən O.Bağırov saxlanılıb
Səbail RPİ-nin 41-ci Polis Bölməsinə müraciət edən 2 nəfər bir şəxsin onları aldadaraq hesabına 25 və 15 manat pul ödətdirməsini bildirib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməlində şübhəli bilinən O.Bağırov müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Binə qəsəbəsi ərazisində “Toyota” markalı avtomobili yandırmaqda şübhəli bilinən R.Nəzərov saxlanılıb
İyunun 16-da gecə saatlarında Binə qəsəbəsi ərazisində “Toyota” markalı avtomobilin yanması ilə bağlı Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsində aparılan araşdırmalarla avtomobilin qəsdən yandırılmasına əsaslı şübhələr müəyyən edilib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən R.Nəzərov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.