Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir
07.07.2024
İyulun 6-da və 7-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 5 ədəd tüfəng təhvil götürüblər.
Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində tədbirlər davamlı olaraq həyata keçirilir
İyulun 6-da və 7-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 1 avtomat silahı, 1 tapança, 2 tüfəng, 3 patron darağı və 32 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.
Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir.İyulun 6-da və 7-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 5 ədəd tüfəng təhvil götürüblər.
Ümumi çəkisi 3 kiloqrama yaxın narkotik vasitə, həmçin 142 ədəd metadon həbi və 8 ədəd çətənə kolu aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyulun 6-da və 7-də ümumi çəkisi 3 kiloqrama yaxın narkotik vasitə, həmçin 142 ədəd metadon həbi və 8 ədəd çətənə kolu aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan avtomat silahı, tapança, tüfəng, patron darağı və müxtəlif çaplı patron aşkar edilərək götürülüb
İtkin düşmüş kimi axtarışda olan 9 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
İyulun 6-da və 7-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə itkin düşmüş kimi axtarışda olan 9 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Oğurluq əməlini törətməkdə şübhəli bilinən R.Zülfüqarov müəyyən edilərək saxlanılıb
İyulun 4-də Xətai RPİ-nin 35-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini bank kartından 1430 manatının oğurlandığını bildirib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş R.Zülfüqarov müəyyən edilərək saxlanılıb.Araşdırma aparılır.
V.Əliyevdən metamfetamin, marixuana və güclü təsiredici maddə olan 42 ədəd preqabalin həbi aşkar olunaraq götürülüb
Sabunçu RPİ 15-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə V.Əliyev rayon ərazisində şübhəli şəxs qismində saxlanılıb. Şəxi axtarış zamanı ondan metamfetamin, marixuana və güclü təsiredici maddə olan 42 ədəd preqabalin həbi aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik maddələr aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyulun 6-da və 7-də ümumi çəkisi 3 kiloqrama yaxın narkotik vasitə, həmçin 142 ədəd metadon həbi və 8 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Avtomobilin salonundan 3000 manat dəyərində hissələrinin sökərək oğurlamaqda şübhəli bilinən 5 yeniyetmə müəyyən olunaraq saxlanılıb
Yeni Günəşli qəsəbəsi “AB” yaşayış sahəsində “BMW” markalı avtomobilin salonundan 3000 manat dəyərində hissələrinin sökülərək oğurlanması barədə polisə məlumat daxil olub. Suraxanı RPİ 33-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən 5 yeniyetmə müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.