Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Yabanı halda bitmiş 24,8 tondan artıq çəkidə 25181 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib
05.07.2024
Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Sabirkənd kəndi ərazisindən yabanı halda bitmiş 24,8 tondan artıq çəkidə 25181 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.
Qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirilir
Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir. İyulun 5-də polis əməkdaşları 1 tapança, 1 tüfəng və 51 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.
Ümumi çəkisi 9,5 kiloqramdan artıq narkotik vasitə, həmçinin 200 ədəd metadon həbi aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyulun 5-də ümumi çəkisi 9,5 kiloqramdan artıq narkotik vasitə, həmçinin 200 ədəd metadon həbi aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
İtkin düşmüş kimi axtarışda olan 5 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
İyulun 5-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə itkin düşmüş kimi axtarışda olan 5 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Dələduzluqda şübhəli bilinən R.Mirzəyev müəyyən olunaraq saxlanılıb
Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Gəncə dəmir yolu stansiyası ərazisində bir nəfərin 1500 manatını dələduzluq yolu ilə almaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş R.Mirzəyev müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
1900 manat dəyərində su çəni və borular oğurlamaqda şübhəli bilinən E.Qafarov saxlanılıb
Binəqədi RPİ 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə iyulun 1-də “Baksol” yaşayış sahəsində bir nəfərin torpaq sahəsindən 1900 manat dəyərində su çəni və borular oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş E.Qafarov saxlanılıb. Ondan heroin aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
Moped oğurlamaqda şübhəli bilinən 2 yeniyetmə müəyyən olunaraq saxlanılıb
Binəqədi RPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə iyulun 5-də S.Bəhlulzadə küçəsindən moped oğurlamaqda şübhəli bilinən 2 yeniyetmə müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Bir evdən 47600 manat pul oğurlamaqda şübhəli bilinən qadın müəyyən olunaraq saxlanılıb
Sumqayıt ŞPİ 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə iyulun 2-də Novxanı bağlar sahəsində bir evdən 47600 manat pul oğurlamaqda şübhəli bilinən qadın müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Dələduzluq əməlində şübhəli bilinən Ş.Zülfüqarov müəyyən olunaraq saxlanılıb
İki nəfər Sumqayıt şəhər sakini bir nəfərin onları aldadaraq hesabına 1000 və 900 manat pul ödətdirməsi barədə polisə müraciət edib.Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməlində şübhəli bilinən Ş.Zülfüqarov müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Oğurluqda şübhəli bilinən şəxslər saxlanılıb
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Xırdalan şəhərində evlərin birindən 1500 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən Ş.Bəşirov, bir marketdən 2500 manat pul oğurlamaqda şübhəli bilinən S.Ağayev, Masazır qəsəbəsində bir evdən 750 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən M.Fazilli, digər evdən 3500 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən O.Bağırov saxlanılıblar. Faktlarla bağlı araşdırmalar aparılır.