Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Yasamal rayonunda kosmetoloji marketin anbarından oğurluq etməkdə şübhəli bilinən şəxs müəyyən olunaraq saxlanılıb
11.07.2024
Yasamal rayonunda kosmetoloji marketin anbarından oğurluq olub. İyulun 9-na keçən gecə baş verən hadisə ilə bağlı polisə məlumat verilib. Məlum olub ki, anbardan 2300 manat dəyərində kosmetik əşyalar oğurlanıb.Yasamal RPİ 27-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən P.Hacıyev müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Yasamal rayonu ərazisində avtomobildən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb
Yasamal RPİ-nin 28-ci Polis Şöbəsinə müraciət edən bir nəfər “KİA” markalı avtomobilindən 2 ədəd eynək, sənəd və bank kartının oğurlandığını bildirib.Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş R.Məmmədzadə saxlanılıb.Onun müxtəlif vaxtlarda rayon ərazisində “Mercedes” markalı daha iki avtomobildən ümumilikdə 580 manat pul oğurlaması, habelə “Mercedes” markalı bir avtomobilin şüşəsini sındırması da müəyyən edilib.Araşdırma aparılır.
Lerik Rayon Almu kənd sakininin həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolu və marixuana aşkar olunaraq götürülüb
Lerik Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Almu kənd sakini Z.Tahirovun həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 6 ədəd çətənə kolu və 64 qramdan artıq marixuana aşkar olunaraq götürülüb.Araşdırma aparılır.
Nəsimi rayonunda narkotiklərin satışını təşkil edən daha bir motokuryer saxlanılıb
Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbir zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Rövşən Fətəliyev saxlanılıb. O, ifadəsində üzərindən aşkar edilən narkotikləri Nihad adlı tanışından aldığını bildirib. Tədbirlərin davamı olaraq həmin şəxs - 1995-ci il təvəllüdlü Nihad Eminli də saxlanılıb. Onun üzərindən və yaşadığı mənzildən 1 kiloqrama yaxın satış məqsədilə əldə etdiyi marixuana, çətənə kolları və 272 ədəd psixotrop tərkibli satışı qadağan olunan preqabalin həbi ələ keçirilib. N.Eminli psixotrop tərkibli həbləri sosial şəbəkələrdə əsasən gənclər arasında satmağı planlaşdırıb və özünü kuryer şirkətlərindən birinin əməkdaşı kimi təqdim edərək idarə etdiyi motosikletlə narkotiklərin daşınmasını təşkil edib. Faktla bağlı cinayət işləri başlanılıb. Araşdırmalar davam etdirilir.
Gün ərzində ölkə ərazisində qeydə alınan 43 cinayətin açılması təmin olunub
10.07.2024
Tovuz Rayon Hunanlar kəndi ərazisində yabanı halda bitmiş çətənə kolu aşkar olunaraq məhv edilib
Bakı şəhər sakininə qarşı dələduzluq əməli törətməkdə şübhəli bilinən şəxs müəyyən olunaraq saxlanılıb
Nizami RPİ 24-cü Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini bir nəfərin onu aldadaraq hesabında 1835 manat pul ödətdirməsini bildirib.Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməlini törətməkdə şübhəli bilinən əvvəllər də eyni əmələ görə məhkum olunmuş T.Salahov müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirlər davam etdirilir
Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir.İyulun 10-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 tüfəng təhvil götürüblər.Keçirilən əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 1 tapança, 1 patron darağı və 4 ədəd patron aşkar edilərək götürülüb.Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Əməliyyat tədbirləri nəticəsində narkotik vasitə və kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolu aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyulun 10-da ümumi çəkisi 7,6 kiloqrama yaxın narkotik vasitə, həmçinin kultivasiya yolu ilə yetişdirilmiş 538 ədəd çətənə kolu aşkar olunaraq götürülüb
İtkin düşmüş kimi axtarışda olan şəxslər tapılaraq aidiyyəti üzrə təhvil verilib
İyulun 10-da polis əməkdaşlarının keçirdikləri tədbirlərlə itkin düşmüş kimi axtarışda olan 4 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.