Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Paytaxtın Sabunçu rayonu ərazisində bir nəfərə qarşı quldurluq etməkdə şübhəli bilinən R.Əmirov və S.Köçərli saxlanılıblar
07.08.2024
Paytaxtın Sabunçu rayonu ərazisində bir nəfərin pulunun və 2 ədəd mobil telefonunun quldurluq yolu ilə alınması barədə polisə məlumat daxil olub.Metropolitendə Polis İdarəsi və Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri tədbirlər nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən əvvəllər oğurluq və quldurluqla bağlı cinayətlərə görə məhkum olunmuş R.Əmirov və S.Köçərli müəyyən olunaraq saxlanılıblar.Araşdırma aparılır.
Paytaxtın Nəsimi rayonu ərazisində yerləşən mağazaların birindən qızıl qolbağını oğurlamaqda şübhəli bilinən Ç.Rəhimova saxlanılıb
Avqustun 8-də paytaxtın Nəsimi rayonu ərazisində yerləşən mağazaların birindən 985 manat dəyərində qızıl qolbağın oğurlanması barədə polisə məlumat daxil olub.Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən əvvəllər də oğurluqla əlaqədar cinayətə görə məhkum olunmuş Ç.Rəhimova müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Abşeronda soyğunçuluq və oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar
Avqustun 6-da saat 11 radələrində Abşeron rayonunun Ceyranbatan qəsəbəsi ərazisində “Hyundai” markalı avtomobildə sərnişin qismində oturmuş şəxsin sürücünün mobil telefonunu açıq talama yolu ilə aparması barədə polisə məlumat daxil olub. Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə soyğunçuluğu törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş H.Mahmudov müəyyən olunaraq saxlanılıb. İdarə əməkdaşlarının keçirdikləri digər əməliyyat tədbirləri ilə Xırdalan şəhəri ərazisində yerləşən evlərdən birinin girişindən 14 ədəd lift açarı oğurlamaqda şübhəli bilinən əvvəllər narkotik və oğurluqla əlaqəli cinayətlərə görə məhkum olunmuş E.İbrahimli, bundan başqa, bir qadının mobil telefonunu oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş A.Rüstəmov müəyyən olunaraq saxlanılıblar. Faktlarla bağlı araşdırmalar aparılır.
Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir
Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir. Avqustun 7-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 avtomat silahı, 5 tüfəng, 3 patron darağı və 110 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.Odlu silah-sursatın qanunsuz saxlanılmasına qarşı keçirilən əməliyyat tədbirləri ilə 5 tüfəng aşkar edilərək götürülüb.
Ümumi çəkisi 37 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə avqustun 7-də ümumi çəkisi 37 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Dələduzluğa görə axtarışda olan 6 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının avqustun 7-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 6 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
İtkin düşmüş kimi axtarışda olan 8 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
Avqust 7-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə itkin düşmüş kimi axtarışda olan 8 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Gün ərzində ölkə ərazisində qeydə alınan 54 cinayətin açılması təmin olunub
06.08.2024
Avqustun 6-da ölkə ərazisində qeydə alınan 47, əvvəlki dövrlərdən bağlı qalan 7 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Ümumi çəkisi 65 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə avqustun 6-da ümumi çəkisi 65 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 1,5 kiloqrama yaxın heroin, 63 kiloqramdan artıq marixuana və 500 qrama yaxın metamfetamin olub. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Dələduzluğa görə axtarışda olan 10 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının avqustun 6-da keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 10 nəfər saxlanılaraq istintaqa təhvil verilib.