Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Bir qadının pulunu və geyim əşyalarını aldadaraq dələduzluq əməli törətməkdə şübhəli bilinən şəxs müəyyən olunaraq saxlanılıb
10.07.2024
Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinə bir qadının 1000 manat, 1000 ABŞ dolları pulunun və geyim əşyalarının aldadılaraq alınması barədə müraciət daxil olub.Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməlini törətməkdə şübhəli bilinən V.Qəmbərov müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Yeni Suraxanı qəsəbəsində evlərin birindən qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxs müəyyən olunaraq saxlanılıb
Suraxanı RPİ 31-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə iyulun 8-də Yeni Suraxanı qəsəbəsində evlərin birindən 12.100 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən H.Bağırov müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Sumqayıt şəhəri ərazisində yerləşən istirahət mərkəzində bir nəfərin pulqabısını oğurlamaqda şübhəli bilinən şəxslər müəyyən olunaraq saxlanılıblar
Sumqayıt şəhəri ərazisində yerləşən istirahət mərkəzində bir nəfərin içərisində 4300 manatı olan pulqabısının oğurlanması barədə polisə məlumat daxil olub.Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən E.Məmmədov, K.Hacıyev, S.Şahməmmədov və əvvəllər məhkum olunmuş Ə.Məmmədov müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Goranboy rayonunun Yeni Yol kəndi ərazisindən avtomobil qaçırmaqda şübhəli bilinən şəxs müəyyən edilərək avtomobillə birgə saxlanılıb
Suraxanı rayonu Hövsan qəsəbə sakininin həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar olunaraq götürülüb
Suraxanı RPİ 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Hövsan qəsəbə sakini Ə.Fərəcovun həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar olunaraq götürülüb.Araşdırma aparılır.
Yevlax Rayon ərazisində şəhər sakinindən marixuana aşkar olunaraq götürülüb
Şirvan Şəhər ərazisində yabanı halda bitmiş çətənə kolu aşkar olunaraq məhv edilib
Nərimanov rayonunda avtoxuliqanlıq edərək görüntüləri sosial şəbəkələrdə paylaşan sürücülər müəyyən ediliblər
Nərimanov Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq digər hərəkət iştirakçılarının həyatına təhlükə yaradan sürücülər aşkarlanıblar. Gecə saatlarında təhlükəsizlik qaydalarına əməl etməyərək yüksək sürətlə motosiklet idarə edən Tural Əkbərov və idarə etdiyi avtomobillə avtoxuliqanlıq hərəkətlərinə yol verən Nicat Şamıyev müəyyən olunublar. Hər iki şəxs barəsində inzibati protokol tərtib edilib. Məhkəmənin qərarı ilə Tural Əkbərovun sürücülük hüqüqu 6 ay, Nicat Şamıyevin isə 1 il müddətinə məhdudlaşdırılıb. Şöbə əməkdaşlarının həyata keçirdikləri digər tədbirlərlə avtoxuliqanlıq edərək həmin görüntüləri lentə alan və sosial şəbəkələrdə paylaşan Elmir Qarayev, eləcə də Elşən Mirzəyev müəyyən ediliblər. Bu sürücülər barəsində də inzibati protokollar tərtib olunub. Məhkəmənin qərarı ilə Elmir Qarayev və Elşən Mirzəyevin sürücülük hüqüqu 1 il müddətinə məhdudlaşırılmaqla cərimə ediliblər.
Gün ərzində ölkə ərazisində qeydə alınan 56 cinayətin açılması təmin olunub
09.07.2024
İyulun 9-da ölkə ərazisində qeydə alınan 54, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Əməliyyat tədbirləri nəticəsində narkotik vasitələr və kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolu aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyulun 9-da ümumi çəkisi 3,5 kiloqrama yaxın narkotik vasitə, həmçinin 992 ədəd metadon və preqabalin həbləri və kultivasiya yolu ilə yetişdirilmiş 61 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.