Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
İtkin düşmüş kimi axtarışda olan 8 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
03.07.2024
İyulun 3-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə itkin düşmüş kimi axtarışda olan 8 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Binəqədi rayonu ərazisində yerləşən mağazaların birində satıcının çantasından oğurluq etməkdə şübhəli bilinən qadın saxlanılıb
Binəqədi RPİ 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində yerləşən mağazaların birində satıcının çantasından 1300 manat dəyərində qızıl üzük, sənəd və bank kartlarını oğurlamaqda şübhəli bilinən qadın müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Səbail rayonu ərazisində yerləşən bankomatdan bir nəfərin 551 manatını oğurlamaqda şübhəli bilinən H.Məmmədov saxlanılıb
İyulun 2-də Səbail rayonu ərazisində yerləşən bankomatdan bir nəfərin 551 manatının oğurlanması barədə polisə məlumat daxil olub. Səbail RPİ 41-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluğu törətməkdə şübhəli bilinən H.Məmmədov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Yasamal rayonu ərazisində yerləşən evlərin birindən noutbuk oğurlamaqda şübhəli bilinən E.Hüseynzadə saxlanılıb
Yasamal RPİ 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində yerləşən evlərin birindən 3000 manat dəyərində noutbuk oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş E.Hüseynzadə müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Səbail rayonunda saxlanılan şəxslərdən 16 kiloqram narkotik vasitə aşkarlanıb
Səbail Rayon Polis İdarəsinə rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslər barədə əməliyyat məlumatları daxil olub. Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə həmin şəxslər - əvvəllər məhkum olunmuş 1986-cı il təvəllüdlü Rəşad Şahbazov, 1992-ci il təvəllüdlü Ramik Babayev, sonuncunun tanışı 1993-cü il təvəllüdlü Taleh Məmmədyarlı, 2001-ci il təvəllüdlü Xəyal Məlikov və 1999-cu il təvəllüdlü Fərid Şahverdiyev saxlanılıblar. Onlardan ümumilikdə 16 kiloqram narkotik vasitə marixuana, heroin, tiryək və 35 ədəd ekstazi həbi aşkarlanıb. Saxlanılanlar narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından satış məqsədilə əldə etdiklərini bildiriblər. Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, araşdırmalar aparılır.Polisin narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdilir.
Gün ərzində ölkə ərazisində qeydə alınan 26 cinayətin açılması təmin olunub
02.07.2024
İyulun 2-də ölkə ərazisində qeydə alınan 26 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Ümumi çəkisi 16,8 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyulun 2-də ümumi çəkisi 16,8 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
İtkin düşmüş kimi axtarışda olan 7 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
İyulun 2-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə itkin düşmüş kimi axtarışda olan 7 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Sumqayıt şəhər sakininin bank kartından pulunu oğurlamaqda şübhəli bilinən qadın saxlanılıb
İyulun 1-də Sumqayıt şəhər sakininin bank kartından 1450 manatının oğurlanması barədə Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsinə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən qadın müəyyən edilərək saxlanılıb.Araşdırma aparılır.
Saatlı rayonunun Fətəlikənd kənd sakini Ə.Allahverdiyevə məxsus həyətyanı sahədən çətənə kolu götürülüb
Saatlı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Fətəlikənd kənd sakini Ə.Allahverdiyevə məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 12 ədəd çətənə kolu aşkar olunaraq götürülüb. Araşdırma aparılır.