Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Masazır qəsəbəsindəki marketlərin birindən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb
12.07.2024
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Masazır qəsəbəsindəki marketlərin birindən 444 manat dəyərində oğurluq etməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Q.Hadıyev saxlanılıb.Araşdırma aparılır.
Xırdalan şəhəri və Masazır qəsəbəsi ərazisində müxtəlif vaxtlarda mobil telefon oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Xırdalan şəhəri və Masazır qəsəbəsi ərazisində müxtəlif vaxtlarda iki nəfərin mobil telefonlarını oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuşlar- Q.Hüseynzadə və T.Rəfiyeva saxlanılıblar.Araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 35 cinayətin açılması təmin olunub
11.07.2024
Bakı şəhər sakini olan qadına qarşı dələduzluq əməli törətməkdə şübhəli bilinən şəxs müəyyən olunaraq saxlanılıb
Bakı şəhər sakini olan qadın aldadılaraq 8000 manat pulunun alınması və adına kreditə mobil telefon götürülməsi ilə bağlı Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinə müraciət edib.Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş N.Hacızadə müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
İtkin düşmüş kimi axtarışda olan 4 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
İyulun 11-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə itkin düşmüş kimi axtarışda olan 4 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirlər davam etdirilir
Tovuz Rayon Dondar Quşçu kəndi ərazisində yabanı halda bitmiş çətənə kolu aşkar olunaraq məhv edilib
Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Dondar Quşçu kəndi ərazisindən yabanı halda bitmiş, çəkisi 1 tondan artıq olan 3173 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.
Əməliyyat tədbirləri ilə narkotik vasitə, həmçinin kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolu aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyulun 11-də ümumi çəkisi 7 kiloqramdan artıq narkotik vasitə, həmçinin kultivasiya yolu ilə yetişdirilmiş 23 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Dələduzluğa görə axtarışda olan 2 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının iyulun 11-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 2 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
Paytaxtın Nərimanov, Nəsimi, Yasamal və Suraxanı rayonlarında Bakı şəhər sakini olan 4 nəfərin bank kartlarından müxtəlif vaxtlarda pul oğurlamaqda şübhəli bilinən şəxslər müəyyən olunaraq saxlanılıb
Paytaxtın Nərimanov, Nəsimi, Yasamal və Suraxanı rayonlarında Bakı şəhər sakini olan 4 nəfərin bank kartlarından müxtəlif vaxtlarda 500, 714, 4590 və 2000 manat olmaqla ümumilikdə 7804 manat vəsaitlərinin oğurlanması barədə polisə məlumatlar daxil olub.Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməllərini törətməkdə şübhəli bilinən Q.Əmirxanov, T.İsmayılov, G.Rəhimova və Ş.Babayeva müəyyən olunaraq saxlanılıb.Faktlarla bağlı araşdırma aparılır.