Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Yabanı halda bitmiş 24,8 tondan artıq çəkidə 25181 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib
05.07.2024
Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Sabirkənd kəndi ərazisindən yabanı halda bitmiş 24,8 tondan artıq çəkidə 25181 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.
Gün ərzində ölkə ərazisində qeydə alınan 33 cinayətin açılması təmin olunub
04.07.2024
İyulun 4-də ölkə ərazisində qeydə alınan 32, əvvəlki dövrlərdən bağlı qalan 1 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
İtkin düşmüş kimi axtarışda olan 9 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
İyulun 4-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə itkin düşmüş kimi axtarışda olan 9 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir
İyulun 4-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 2 tüfəng, 1 qumbara, 1 mərmi, 1 patron darağı və 41 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.
Oğurluq əməlində şübhəli bilinən qadın müəyyən olunaraq saxlanılıb
İyulun 1-də paytaxt sakini olan qadının bank kartından pul oğurlanması barədə Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən qadın müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Dələduzluqda şübhəli bilinən C.Gülməmmədov müəyyən edilərək saxlanılıb
Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə müraciət edən qadın bir nəfərin onu aldadaraq hesabına 8000 manat ödətdirməsini bildirib. Keçirilən tədbirlərlə polis əməkdaşları dələduzluqda şübhəli bilinən C.Gülməmmədovu müəyyən edərək saxlayıblar. Araşdırma aparılır.
Oğurluğa cəhd göstərmiş F.Quliyevdən 66 qrama yaxın tiryək aşkar olunaraq götürülüb
Sahil qəsəbəsi ərazisində şirkətlərdən birinin həyətindən oğurluğa cəhd edən şəxs Qaradağ RPİ 38-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun əvvəllər də oğurluğa görə məhkum olunmuş F.Quliyev olması müəyyən edilib. Saxlanılan şəxsdən 66 qrama yaxın tiryək aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən R.Rəhimov müəyyən edilərək saxlanılıb
Ramana qəsəbəsi ərazisindən “Ravon” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub. Suraxanı RPİ 31-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə avtomobil Zabrat qəsəbəsi ərazisində tapılıb. Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən R.Rəhimov müəyyən edilərək saxlanılıb. Araşdırma aparılır.
Kultivasiya yolu ilə yetişdirilmiş 14 ədəd çətənə kolu və 9 qram marixuana aşkar olunaraq götürülüb
Ucar Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Qazıqumlaq kənd sakini R.Rüstəmovun həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 14 ədəd çətənə kolu və 9 qram marixuana aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 31 cinayətin açılması təmin olunub
03.07.2024
İyulun 3 də ölkə ərazisində qeydə alınan 29, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.