Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Əməkdaşların keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan tapança və tüfəng aşkar edilərək götürülüb
09.07.2024
Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində tədbirlər davamlı olaraq həyata keçirilir.İyulun 9-da polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 1 tapança və 3 tüfəng aşkar edilərək götürülüb.
Əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 2 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının iyulun 9-da keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 2 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
Tədbirlərlə itkin düşmüş kimi axtarışda olan 4 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
İyulun 9-da polis əməkdaşlarının keçirdikləri tədbirlərlə itkin düşmüş kimi axtarışda olan 4 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Zabrat qəsəbəsində yerləşən qorunan marketlərin birindən oğurluqda şübhəli bilinən şəxs saxlanılıb
İyulun 9-da gecə saat 1 radələrində Zabrat qəsəbəsində yerləşən qorunan marketlərin birindən Sabunçu Rayon Mühafizə İdarəsinə həyəcan siqnalı daxil olub.Dərhal polis əməkdaşları həmin ünvana gəlib və oradan oğurluqda şübhəli bilinən şəxs saxlanılıb. 1994-cü il təvəllüdlü N.Teymurlunun həmin marketdə işlədiyi müəyyən edilib. O, araşdırma aparılması üçün Sabunçu RPİ-nin 15-ci Polis Bölməsinə təhvil verilib.
Səbail rayonu ərazisində yerləşən marketlərin birindən oğurluğa cəhd göstərən qadın saxlanılıb
Səbail rayonu ərazisində yerləşən marketlərin birindən oğurluğa cəhd olub. 350 manat dəyərində geyim əşyalarını marketdən oğurlamağa cəhd göstərən qadın 9-cu Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.Araşdırma aparılır.
Siyəzən Rayon sakininin həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş narkotik maddələr və tüfəng aşkar olunaraq götürülüb
Siyəzən Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon sakini Ş.Ağayevin həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 53 ədəd çətənə kolu, 285 qram marixuana və 1 ədəd tüfəng aşkar olunaraq götürülüb.Araşdırma aparılır.
Tovuz Rayon Əyyublu kəndi ərazisində yabanı halda bitmiş çətənə kolu aşkar olunaraq məhv edilib
Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Əyyublu kəndi ərazisindən yabanı halda bitmiş 956 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.
Lənkəran rayonu Digah kənd Haftoni qəsəbəsinin meşə ərazisində kultivasiya yolu ilə yetişdirdiyi çətənə kolu aşkar olunaraq götürülüb
Gün ərzində ölkə ərazisində qeydə alınan 34 cinayətin açılması təmin olunub
08.07.2024
İyulun 8-də ölkə ərazisində qeydə alınan 31, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının iyulun 8-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılaraq istintaqa təhvil verilib.