Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Salyan rayonunun Kürqaraqaşlı kənd sakini Ə.Ələkbərova məxsus həyətyanı sahədən çətənə kolları götürülüb
02.07.2024
Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Kürqaraqaşlı kənd sakini əvvəllər məhkum olunmuş Ə.Ələkbərova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 12 ədəd çətənə kolu aşkar edilərək götürülüb. Araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 28 cinayətin açılması təmin olunub
01.07.2024
İyulun 1-də ölkə ərazisində qeydə alınan 24, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Bir nəfərin quldurluq yolu ilə pulunu talamaqda şübhəli bilinən şəxslər saxlanılıblar
Xətai RPİ 37-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə iyunun 30-da bir nəfərin quldurluq yolu ilə 200 manat pulunu talamaqda şübhəli bilinən E.Bağırov, M.Qəhrəmanlı, F.Cəfərli və bir yeniyetmə müəyyən olunaraq saxlanılıb.Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.
Bakı şəhər sakini olan 2 nəfərin bank kartlarından pullarını oğurlamaqda şübhəli bilinən bir qrup şəxs saxlanılıb
İyunun 26-da Bakı şəhər sakini olan 2 nəfərin bank kartlarından 500 manat və 650 manat pullarının oğurlanması barədə polisə məlumatlar daxil olub. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməllərini törətməkdə şübhəli bilinən H.Həsənli, F.Ağamalızadə və bir qadın müəyyən edilərək saxlanılıb.Faktlarla bağlı araşdırma aparılır.
Sumqayıt şəhər sakini olan bir nəfərə qarşı dələduzluq etməkdə şübhəli bilinən qadın saxlanılıb
Sumqayıt şəhər sakini olan bir nəfərin 5800 manat pulunun dələduzluq yolu ilə alınması barədə polisə məlumat daxil olub. Sumqayıt ŞPİ 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməlində şübhəli bilinən qadın müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Qanunsuz saxlanılan odlu silahlar aşkar edilərək götürülüb
Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir. İyulun 1-də polis əməkdaşları 3 ədəd tüfəng təhvil götürüblər. Keçirilən əməliyyat tədbirləri ilə 1 tapança, 1 patron darağı və 4 ədəd patron aşkar edilərək götürülüb.
Ümumi çəkisi 17,9 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyulun 1-də ümumi çəkisi 17,9 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
İtkin düşmüş kimi axtarışda olan 10 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
İyulun 1-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə itkin düşmüş kimi axtarışda olan 10 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Yeni Günəşlidə narkotiklərin satışı ilə məşğul olan şəxsdən 6 kiloqram marixuana və 1 kiloqram tiryək aşkarlanıb
Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə Yeni Günəşli qəsəbəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan əvvəllər məhkum olunmuş 1996-cı il təvəllüdlü Orxan Həsənov saxlanılıb. Ondan 6 kiloqram marixuana və 1 kiloqram tiryək aşkarlanıb. Araşdırmalarla müəyyən edilib ki, O.Həsənov şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı ilə əlbir olaraq ölkəyə narkotiklərin gətirilməsini təşkil edib.Bundan başqa 33-cü PB əməkdaşları tərəfindən aparılan profilaktik tədbirlərlə Yeni Günəşli və Zığ qəsəbə sakini olan iki nəfər qanunsuz saxladıqları 1 ədəd “Kalaşnikov” avtomatı, 1 ədəd tüfəng və 5 ədəd patronu könüllü təhvil veriblər. Qeyd edək ki, 33-cü PB əməkdaşlarının ilin əvvəlindən keçirdikləri əməliyyat və profilaktik tədbirlərlə 14 tüfəng, 5 avtomat və 1 ədəd “Makarov” tapançası aşkarlanıb. Qanunsuz dövriyyədən 11 kiloqram narkotik vasitə çıxarılıb.
Gün ərzində ölkə ərazisində qeydə alınan 37 cinayətin açılması təmin olunub
30.06.2024
İyunun 30-da ölkə ərazisində qeydə alınan 35, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.