Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
İtkin düşmüş kimi axtarışda olan 3 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
08.07.2024
İyulun 8-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə itkin düşmüş kimi axtarışda olan 3 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Novxanı bağlar sahəsində yerləşən istirahət mərkəzində bir nəfərin pulunu oğurlamaqda şübhəli bilinən bir qadın müəyyən olunaraq saxlanılıb
İyulun 8-də Novxanı bağlar sahəsində yerləşən istirahət mərkəzində bir nəfərin 3900 manatının oğurlanması barədə polisə məlumat daxil olub. Binəqədi RPİ 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən bir qadın müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Abşeron rayonu ərazisində bir nəfərin bank kartından pul oğurlamaqda şübhəli bilinən qadın müəyyən olunaraq saxlanılıb
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə iyulun 2-də bir nəfərin bank kartından 103 manatını oğurlamaqda şübhəli bilinən qadın müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Xırdalan şəhəri ərazisində yerləşən anbarların birindən təmir-tikinti avadanlıqları oğurlamaqda şübhəli bilinən şəxs müəyyən olunaraq saxlanılıb
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə iyunun 28-də Xırdalan şəhəri ərazisində yerləşən anbarların birindən 10.000 manat dəyərində təmir-tikinti avadanlıqları oğurlamaqda şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş S.Orucov müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Abşeron rayonu ərazisində dələduzluq əməlini törətməkdə şübhəli bilinən iki şəxs müəyyən olunaraq saxlanılıb
Xırdalan şəhər sakini olan bir qadın onu aldadan şəxsin hesabına 1051 manat pul ödətdirməsi barədə polisə müraciət edib.Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlə dələduzluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər də eyni əməllərə görə məhkum olunmuşlar E.Əliyev və F.Zeynalov müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Nərimanov rayonu ərazisində soyğunçuluq törətməkdə şübhəli bilinən şəxs saxlanılıb
Ödəmə terminalını oğurlayıb hadisə yerini tərk edən zaman qəzaya düşən şəxslər polislər tərəfindən saxlanılıb
Binəqədi rayonunda oğurluq hadisəsi qeydə alınıb. Qabaqcadan əlbir olan bir qrup şəxs gecə saatlarında marketlərdən birinin qapısını sındıraraq içəridə olan ödəmə terminalını talayıblar. Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə hadisəni törədən əvvəllər məhkum olunmuş şəxslər - 1997-ci il təvəllüdlü Şamxal Qarayev, 1991-ci il təvəllüdlü Kamil Əliyev və 1997-ci il təvəllüdlü Rəsul Rzayev saxlanılıblar. Dəstə üzvləri məsuliyyətdən və kameralardan yayınmaq məqsədi ilə hadisədən əvvəl başqa nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanını oğurlayaraq K.Əliyevin avtomobilinə bağlayıblar. R.Rzayev isə marketi kənardan müşahidə edərək digərlərinə obyeketin bağlanma saatı barədə məlumat verib. Dəstə üzvləri hadisədən sonra ərazini tərk edən zaman idarə etdikləri avtomobillə qəzaya düşdüklərindən onlar terminalı nəqliyyat vasitəsinin yük yerində qoyaraq oradan uzaqlaşıblar.Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. Faktla bağlı araşdırmalar davam etdirilir.
Gün ərzində ölkə ərazisində qeydə alınan 49 cinayətin açılması təmin olunub
07.07.2024
İyulun 7-də ölkə ərazisində qeydə alınan 48, əvvəlki dövrlərdən bağlı qalan 1 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Qəbələ rayonu Zarağan kənd ərazisində narkotik maddə aşkar olunaraq götürülüb
Tovuz rayonu ərazisində marixuana aşkar olunaraq götürülüb
Tovuz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə saxlanılan əvvəllər məhkum olunmuş C.Həsənovdan 390 qram marixuana aşkar olunaraq götürülüb.Araşdırma aparılır.