Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Paytaxt ərazisində 2000 manat dəyərində qızıl-zinət əşyalarını oğurlamaqda şübhəli bilinən P.Qaraşov və T.Abuşova saxlanılıblar
18.08.2024
Paytaxt sakini olan vətəndaşların biri polisə müraciət edərək icarədarı olduğu piştaxtadan 2000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib. Daxil olan məlumat əsasında polis əməkdaşlarının keçirdikləri tədbirlə hadisəni törətməkdə şübhəli bilinən əvvəllər narkotiklə əlaqəli cinayətlərə görə məhkum olunmuş P.Qaraşov və T.Abuşova saxlanılıblar. Faktla bağlı Nizami RPİ-də araşdırmalar davam etdirilir.
Paytaxtın Binəqədi rayonunda yerləşən evlərin birindən 1200 manat pul oğurlamaqda şübhəli bilinən N.Qəhrəmanova saxlanılıb
Paytaxtın Binəqədi rayonunda yerləşən evlərin birindən 1200 manatın oğurlanması barədə zərərçəkən şəxs polisə məlumat verib.Polis əməkdaşlarının keçirdikləri tədbirlə talama cinayətini törətməkdə şübhəli bilinən N.Qəhrəmanova müəyyən olunaraq saxlanılıb. Faktla bağlı Binəqədi RPİ-də araşdırmalar aparılır.
Nərimanov rayonu ərazisində iki nəfər qadına məxsus 30 min manat pul, qızıl-zinət əşyaları və mobil telefonu oğurlamaqda şübhəli bilinən Ş.Məmmədov və M.Quluzadə saxlanılıblar
Nərimanov rayonu ərazisində paytaxt sakini olan iki nəfər qadına məxsus 30 min manat nağd pul, 10 min manat dəyərində qızıl-zinət əşyaları və mobil telefonun oğurlanması barədə polisə müraciət daxil olub. Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə cinayət əməllərini törətməkdə şübhəli bilinən Ş.Məmmədov və M.Quluzadə saxlanılıblar.Faktlarla bağlı Nərimanov RPİ-də araşdırmalar davam etdirilir.
Ümumi çəkisi 3 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə avqustun 18-də ümumi çəkisi 3 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Paytaxt və respublikanın ayrı-ayrı rayonlarında qanunsuz saxlanılan odlu silahlar təhvil götürülüb
Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir. Avqustun 18-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 2 tüfəng, 1 patron darağı və 126 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.
Dələduzluğa görə axtarışda olan 2 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının avqustun 18-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 2 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
İtkin düşmüş kimi axtarışda olan 3 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
Avqustun 18-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə itkin düşmüş kimi axtarışda olan 3 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Gün ərzində ölkə ərazisində qeydə alınan 60 cinayətin açılması təmin olunub
17.08.2024
Avqustun 17-də ölkə ərazisində qeydə alınan 38, əvvəlki dövrlərdən bağlı qalan 22 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Paytaxt sakini olan bir qadının 1600 manat dəyərində mobil telefonunu oğurlamaqda şübhəli bilinən S.Qaçayev və N.Ağaşov saxlanılıblar
Paytaxt sakini olan bir nəfər qadın 1600 manat dəyərində mobil telefonunun oğurlanması barədə polisə məlumat verib. Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən S.Qaçayev və N.Ağaşov müəyyən olunaraq saxlanılıblar.Araşdırmalar davam etdirilir.
Paytaxt ərazisində yerləşən mağazalardan birindən 1106 manatlıq spirtli içki oğurlayan C.Məcidov saxlanılıb
Səbail RPİ-nin 9-cu Polis Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə paytaxt ərazisində yerləşən mağazalardan birindən 1106 manatlıq spirtli içki oğurlayan C.Məcidov saxlanılıb. Faktla bağlı araşdırma aparılır.