Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Bakı şəhərində kiberdələduzluq cinayətlərini törədən Ü.Qasımov və A.Əhmədov saxlanılıblar
20.08.2024
Bakı şəhərində kiberdələduzluq faktı qeydə alınıb. Paytaxt sakini olan 3 şəxs aldadılaraq bank hesabları və kartlarından 1500 manata yaxın maddi vəsait oğurlanıb. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməllərini törətmiş şəxslər Ü.Qasımov və A.Əhmədov müəyyən olunaraq saxlanılıblar. Araşdırmalar davam etdirilir.
Paytaxt ərazisində iki nəfərin mobil telefonlarını və pulunu oğurlayan R.Səfərov saxlanılıb
Paytaxt ərazisində iki nəfərin mobil telefonları və 500 manatının oğurlanması barədə polisə məlumat daxil olub.Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində hadisələri törədən Rövşən Səfərov saxlanılıb. Araşdırmalar aparılır.
Nəsimi rayonu ərazisində iki oğurluq hadisəsini törədən G.Abdullayeva və H.Soltanov saxlanılıblar
Nəsimi rayonu ərazisində oğurluq cinayətləri baş verib.Paytaxt sakini olan bir qadının evindən 1300 manat dəyərində qızıl-zinət əşyaları və nağd pul, 1 ədəd noutbuk, məişət avadanlıqlarının, eləcə də rayon ərazisində yerləşən mağazaların birində ödəmə terminalından 1540 manat və gigiyenik məhsulların oğurlanması barədə polisə məlumat daxil olub.Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməllərini törətmiş şəxslər - əvvəllər dəfələrlə məhkum olunmuşlar G.Abdullayeva və H.Soltanov müəyyən olunaraq saxlanılıblar. Faktlarla bağlı Nəsimi RPİ-də araşdırmalar davam etdirilir.
Gün ərzində ölkə ərazisində qeydə alınan 40 cinayətin açılması təmin olunub
19.08.2024
Avqustun 19-da ölkə ərazisində qeydə alınan 34, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Paytaxt və respublikanın ayrı-ayrı rayonlarında qanunsuz saxlanılan odlu silahlar təhvil götürülüb
Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir. Avqustun 19-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 14 tüfəng, 1 patron darağı və 30 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.
Dələduzluğa görə axtarışda olan 8 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının avqustun 19-da keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 8 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
İtkin düşmüş kimi axtarışda olan 4 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
Avqustun 19-da polis əməkdaşlarının keçirdikləri tədbirlərlə itkin düşmüş kimi axtarışda olan 4 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Səbail rayonu H.Abdullayev küçəsindən motosiklet oğurlamaqda şübhəli bilinən 3 yeniyetmə saxlanılıb
Avqustun 18-də Səbail rayonu H.Abdullayev küçəsində 800 manat dəyərində motosiklet oğurlanması barədə polisə məlumat daxil olub. Səbail RPİ 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 3 yeniyetmə müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 36 cinayətin açılması təmin olunub
18.08.2024
Avqustun 18-də ölkə ərazisində qeydə alınan 36 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Gecə saatlarında paytaxt ərazisindəki marketlərdən birinin satıcısına qarşı quldurluq etməkdə şübhəli bilinən N.Əhmədov saxlanılıb
Paytaxtın Sabunçu rayonu ərazisində quldurluq hadisəsi qeydə alınıb. Naməlum şəxs gecə saatlarında marketlərin birinə daxil olaraq əvvəlcə orada satıcı işləyən şəxsə qarşı zor tətbiq edib, sonra isə 700 manat dəyərində tütün məmulatını oğurlayaraq hadisə yerindən qaçıb.Polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən əvvəllər dəfələrlə məhkum olunmuş N.Əhmədov müəyyən olunaraq saxlanılıb. Faktla bağlı Sabunçu RPİ-də araşdırmalar davam etdirilir.