Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Nizami rayonu ərazisində avtomobildən oğurluq əməli törətməkdə şübhəli bilinən yeniyetmə müəyyən olunaraq saxlanılıb
15.07.2024
Nizami RPİ-nin 24-cü Polis Şöbəsinə iyulun 12-də gecə saatlarında “Nissan” markalı avtomobildən içərisində 1000 manat, bank kartları və sənədlər olan pulqabının oğurlanması barədə məlumat daxil olub.Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən yeniyetmə müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Sumqayıt şəhəri ərazisində yerləşən çimərlikdə 2 qadına qarşı oğurluq əməlini törətməkdə şübhəli bilinən şəxs müəyyən olunaraq saxlanılıb
İyulun 12-də Sumqayıt şəhəri ərazisində yerləşən çimərlikdə 2 qadının içərisində mobil telefonu, geyim əşyaları, avtomobil və ev açarları olan çantalarının oğurlanması barədə polisə məlumat daxil olub.Sumqayıt ŞPİ 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 66 yaşlı Y.Hacıyev müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Sumqayıt şəhər sakininin bank kartlarından pul oğurlamaqda şübhəli bilinən şəxs müəyyən olunaraq saxlanılıb
İyulun 14-də Sumqayıt şəhər sakininin bank kartlarından ümumilikdə 3340 manat vəsaitin oğurlanması barədə polisə məlumat daxil olub. Sumqayıt ŞPİ 2-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Z.Məhərrəmov müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Sumqayıt Şəhər ərazisində dələduzluq əməlləri törətməkdə şübhəli bilinən şəxslər müəyyən olunaraq saxlanılıb
Sumqayıt şəhər sakini olan 2 nəfər üzləşdikləri dələduzluqla bağlı polisə müraciət edib. Onlardan biri aldadılaraq 3500 manatının alınması, digəri isə onu aldadan şəxsin hesabına 4250 manat pul ödətdirdiyini bildirib.Sumqayıt ŞPİ 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməllərini törətməkdə şübhəli bilinən E.Bəşirov və S.Bağırlı müəyyən olunaraq saxlanılıb.Hər iki faktla bağlı araşdırma aparılır.
Novxanı qəsəbəsi ərazisində evlərin birindən oğurluq etməkdə şübhəli bilinən şəxs müəyyən olunaraq saxlanılıb
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə iyulun 7-də Novxanı qəsəbəsi ərazisində evlərin birindən 1500 manat dəyərində naqil, təmir alətləri və inşaat materialları oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş R.İsgəndərov və S.Mirzəliyev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Qaçaqmalçılıq yolu ilə ölkəyə keçirilən 19 litr həcmində 13 kiloqram maye formasında metamfetamin polislər tərəfindən aşkar edilib
DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının paytaxt ərazisində keçirdikləri növbəti əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən tranzit yükdaşıma fəaliyyəti ilə məşğul olan Sahil Cabbarov və əvvəllər məhkum olunmuş Səfadar Ağazadə tutulublar.Onlardan və S.Cabbarovun idarə etdiyi qoşqulu yük avtomobilindən ümumilikdə 19 litr həcmində 13 kiloqram maye halında olan psixotrop maddə metamfetamin və narkotiklərin dövriyyəsində istifadə edilən 3 ədəd bank kartı aşkarlanıb. S.Cabbarov və S.Ağazadə izahatlarında metamfetamini şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından götürərək maddi qazanc qarşılığında qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirdiklərini bildiriblər.Onlar şübhə oyatmamaq üçün metamfetamini maye halına salaraq ölkəyə gətiriblər. Burada isə onu kristal formaya qaytararaq satışını təşkil etməyi planlaşdırıblar. Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
Abşeronda saxlanılan narkokuryerdən 3 kiloqram marixuana, heroin və metamfetamin aşkarlanıb
Abşeron Rayon Polis İdarəsi Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində əməliyyat keçirib. Tədbir zamanı əvvəllər qəsdən sağlamlığa zərər vurma və quldurluq cinayətlərinə görə məhkum olunmuş 1993-cü il təvəllüdlü Tamerlan Rəsulov saxlanılıb. Onun üzərindən və avtomobilindən 3 kiloqram marixuana, heroin, psixotrop maddə metamfetamin və narkotiklərin satışında istifadə olunan 2 ədəd tərəzi aşkarlanıb. T.Rəsulov şəxsiyyəti istintaqla araşdırılan və sosial şəbəkələrdə tanış olduğu İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunduğunu bildirib. O, narkotiklərin bir hissəsini əvvəlcədən müəyyənləşdirilmiş yerə qoyandan sonra bu fəaliyyətinin müqabilində maddi qazanc əldə edəcəkmiş, digər hissəsinin isə satışını həyata keçirəcəkmiş.Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Gün ərzində ölkə ərazisində qeydə alınan 33 cinayətin açılması təmin olunub
14.07.2024
İyulun 14-də ölkə ərazisində qeydə alınan 33 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Zirə qəsəbəsi ərazisində bir nəfərə məxsus torpaq sahəsindən dəmir borular oğurlamaqda şübhəli bilinən bir qrup şəxs saxlanılıb
Zirə qəsəbəsi ərazisində bir nəfərə məxsus torpaq sahəsindən 5000 manat dəyərində dəmir boruların oğurlanması barədə polisə məlumat daxil olub. Xəzər RPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən M.Nəhmədov, M.Muradov və E.Hətəmov müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Binəqədi rayonunun Novxanı qəsəbəsi ərazisində yerləşən çimərlikdə bir nəfərin mobil telefonunu oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb
Binəqədi RPİ 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə iyulun 12-də Novxanı qəsəbəsi ərazisində yerləşən çimərlikdə bir nəfərin mobil telefonunu oğurlamaqda şübhəli bilinən C.Cəfərov, A.Bayramov və əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş V.Əbdülov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.