Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Bakı şəhər sakini olan bir nəfərə qarşı dələduzluq etməkdə şübhəli bilinən qadın müəyyən olunaraq saxlanılıb
16.07.2024
Bakı şəhər sakini olan bir nəfərin 400 manat dəyərində kosmetik vasitələrinin, digər 2 nəfərin isə müxtəlif vaxtlarda 500 və 1000 manat pullarının aldadılaraq alınması barədə polisə məlumatlar daxil olub.Nəsimi RPİ 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməllərini törətməkdə şübhəli bilinən qadın müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Nizami rayonu ərazisindəki avtoyuma məntəqələrinin birindən avtomobil qaçırmaqda şübhəli bilinən İ.Məmmədov saxlanılıb
Nizami rayonu ərazisində yerləşən avtoyuma məntəqələrinin birindən “Nissan” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub. Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə avtomobil qısa müddətdə Ramana qəsəbəsi ərazisində tapılıb. Davam etdirilən tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş, həmçinin narkotiklərlə əlaqəli cinayətə görə də axtarışda olan İ.Məmmədov saxlanılıb. Araşdırma aparılır.
Göyçay rayon sakini A.Zeynalovun həyətyanı sahəsindən 24 ədəd çətənə kolu və marixuana götürülüb
Göyçay Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon sakini A.Zeynalovun həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 24 ədəd çətənə kolu və marixuana aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
Lənkəran rayonunun Digah kəndi ərazisində yabanı halda bitmiş çətənə kolları götürülüb
Lənkəran Şəhər Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən Digah kəndi ərazisində yabanı halda bitmiş 241 ədəd çətənə kolu aşkarlanaraq götürülüb.
Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının iyulun 16-da keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
İtkin düşmüş kimi axtarışda olan 11 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
İyulun 16-da polis əməkdaşlarının keçirdikləri tədbirlərlə itkin düşmüş kimi axtarışda olan 11 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Gün ərzində ölkə ərazisində qeydə alınan 28 cinayətin açılması təmin olunub
15.07.2024
Qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirlər davam etdirilir
Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir.İyulun 15-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 4 tüfəng, 1 patron darağı və 10 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.
Dələduzluğa görə axtarışda olan 5 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının iyulun 15-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 5 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
İtkin düşmüş kimi axtarışda olan 6 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
İyulun 15-də və polis əməkdaşlarının keçirdikləri tədbirlərlə itkin düşmüş kimi axtarışda olan 6 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.