Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Şirvan Şəhər ərazisindən əvvəllər məhkum olunmuş şəxsə məxsus həyətyanı sahədən çətənə kolu aşkar olunaraq götürülüb
17.07.2024
Şirvan Şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə şəhər sakini, əvvəllər məhkum olunmuş A.Ələkbərova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 6 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.Araşdırma aparılır.
Göyçay Rayon ərazisində əvvəllər məhkum olunmuş şəxsə məxsus həyətyanı sahədən çətənə kolu aşkar olunaraq götürülüb
Göyçay Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə şəhər sakini, əvvəllər məhkum olunmuş M.Hüseynova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 17 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.Araşdırma aparılır.
Ümumi çəkisi 48,3 kiloqrama yaxın narkotik vasitə və 297 ədəd çətənə kolu aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyulun 17 -də ümumi çəkisi 48,3 kiloqrama yaxın narkotik vasitə, həmçinin kultivasiya yolu ilə yetişdirilmiş 297 ədəd çətənə kolu aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Dələduzluğa görə axtarışda olan 9 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının iyulun 17-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 9 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
İtkin düşmüş kimi axtarışda olan 3 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
İyulun 17-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə itkin düşmüş kimi axtarışda olan 3 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi 80-ə yaxın vətəndaşın kartındakı vəsaitləri ələ keçirən şəxsləri saxlayıb
Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində internet üzərindən vətəndaşların pul vəsaitlərini ələ keçirən Əhməd Məmmədov və Etibar Vəliyev saxlanılıblar. Həmin şəxslərin ətrafında aparılan tədbirlərlə məlum olub ki, onlar vətəndaşların kart məlumatlarını ələ keçirmək məqsədilə müxtəlif markalı avtomobillərin şəkillərini və məlumatlarını özlərinə məxsus nəqliyyat vasitəsi kimi təqdim edərək, həmin nəqliyyat vasitələrinin dəyərindən qat-qat ucuz qiymətə satılması barədə elan saytlarında məlumatlar yerləşdiriblər. Daha sonra isə onlara zəng edən müştərilərlə satış qiyməti barədə razılığa gələrək alıcıların kart məlumatlarını əldə ediblər. Həmin şəxslərin pul vəsaitlərini “Card to card” əməliyyat sistemi ilə hesablarına köçürüblər.Araşdırmalar zamanı saxlanılan şəxslərin 80-ə yaxın vətəndaşa maddi ziyan vurduqları məlum olub.Faktlarla bağlı Baş İdarədə cinayət işi başlanılıb. Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.Əhməd Məmmədov və Etibar Vəliyevin qanunsuz əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa, bu barədə polis orqanlarına məlumat verə bilərlər.
Gün ərzində ölkə ərazisində qeydə alınan 32 cinayətin açılması təmin olunub
16.07.2024
İyulun 16-da ölkə ərazisində qeydə alınan 29, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Bir nəfərin mobil telefonunu oğurlamaqda şübhəli bilinən A.Kərimov saxlanılıb
Səbail RPİ 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bir nəfərin mobil telefonunu oğurlamaqda şübhəli bilinən A.Kərimov saxlanılıb. Onun daha bir nəfərin mobil telefonunu, Şam adlı şəxslə birlikdə digər bir nəfərin də içərisində 400 manat olan pulqabı və mobil telefonunu oğurlaması da müəyyən olunub. Davam etdirilən tədbirlərlə Ş.Rejerov da polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma aparılır.
Səbail rayonu ərazisində yerləşən çimərlikdə iki nəfərin mobil telefonlarını oğurlamaqda şübhəli bilinən yeniyetmə saxlanılıb
Səbail rayonu ərazisində yerləşən çimərlikdə bir nəfərin 3300, digər şəxsin isə 3000 manat dəyərində mobil telefonlarının oğurlanması barədə polisə məlumat daxil olub. Səbail RPİ 41-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən yeniyetmə müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Nəsimi rayonu ərazisində yerləşən kursların birinin hesabındakı vəsaiti ələ keçirməkdə şübhəli bilinən S.Əlizadə saxlanılıb
Nəsimi rayonu ərazisində yerləşən kursların birinin hesabındakı vəsaitin ələ keçirilməsi barədə Nəsimi RPİ-nin 20-ci Polis Şöbəsinə məlumat daxil olub. Araşdırmalarla hesabdan 5000 manat pulun ələ keçirilməsi müəyyən olunub. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən, həmin kursda işləyən, əvvəllər də dələduzluğa görə məhkum olunmuş S.Əlizadə saxlanılıb. Araşdırma aparılır.