Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Əməliyyat tədbirləri ilə narkotik vasitələr aşkar olunaraq götürülüb
19.07.2024
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyulun 19-da ümumi çəkisi 3,8 kiloqrama yaxın narkotik vasitə, həmçinin kultivasiya yolu ilə yetişdirilmiş 61 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Dələduzluğa görə axtarışda olan 2 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının iyulun 19-da keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 2 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
İtkin düşmüş kimi axtarışda olan 7 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
İyulun 19-da polis əməkdaşlarının keçirdikləri tədbirlərlə itkin düşmüş kimi axtarışda olan 7 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Xəzər rayonu ərazisində oğurluq əməli törətməkdə şübhəli bilinən şəxslər müəyyən olunaraq saxlanılıb
Xəzər RPİ-nin 3-cü Polis Şöbəsinə müraciət edən bir nəfər bank kartından 439 manatının oğurlandığını bildirib.Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən N.Kərimov və bir qadın müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Sulutəpə qəsəbəsində evlərin birindən oğurluq əməlini törətməkdə şübhəli bilinən şəxs müəyyən olunaraq saxlanılıb
Səbail rayonu ərazisində yerləşən otellərin birindən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb
Səbail rayonu ərazisində yerləşən otellərin birindən oğurluq edilməsi barədə polisə məlumat daxil olub. Araşdırmalarla oradan 13 ədəd televizor və 3 mobil telefonun oğurlanması məlum olub.Səbail RPİ 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlinin orada işləyən E.İsmayılov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib və o, saxlanılıb.Araşdırma aparılır.
Səbail rayonu ərazisində iki nəfərin velosipedlərini oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Səbail rayonu ərazisində iki nəfərin velosipedlərini oğurlamaqda şübhəli bilinən T.Mikayılov və bir yeniyetmə saxlanılıb.Araşdırma aparılır.
Qəbələ Rayon Çarxana kənd sakininin həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolu aşkar olunaraq götürülüb
Naftalan Şəhər sakinlərinin həyətyanı sahələrindən kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar olunaraq götürülüb
Naftalan Şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Qaşaltı Qaraqoyunlu kənd sakini N.Qocayevin həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 5 ədəd, H.Məmişovun həyətyanı sahəsindən isə 16 ədəd kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar olunaraq götürülüb.Araşdırma aparılır.
Qara maska ilə kamuflyaj olunaraq mağazanın içərisində olan ödəmə terminalını talayan şəxs saxlanılıb
Paytaxtın Yasamal rayonunda oğurluq hadisəsi qeydə alınıb. Naməlum şəxs gecə saatlarında üzünü qara maska ilə kamuflyaj edərək rayon ərazisində yerləşən mağazalardan birinin qapısını dəmir metalla qırıb və içəridə yerləşən ödəmə terminalını talayaraq pul vəsaitini ələ keçirib.Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlə hadisəni törədən əvvəllər oğurluq cinayətlərinə görə məhkum olunmuş 1996-cı il təvəllüdlü Turxan Mustafayev saxlanılıb. Onun cinayət əməli ətrafda olan təhlükəsizlik kameraları vasitəsilə də lentə alınıb.Faktla bağlı araşdırmalar davam etdirilir.