Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Səbail rayonu ərazisində bir qadının mobil telefonunu soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən X.Əmirov saxlanılıb
21.07.2024
Səbail RPİ 39-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə iyulun 21-də axşam saatlarında rayon ərazisində bir qadının mobil telefonunu soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş X.Əmirov müəyyən olunaraq saxlanılıb. Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.
Fatmayı bağlar sahəsində yerləşən evlərin birindən 20.000 manat dəyərində avtomobil ehtiyat hissələrini oğurlamaqda şübhəli bilinən bir qrup şəxs saxlanılıb
Fatmayı bağlar sahəsində yerləşən evlərin birindən oğurluq olub. Polisə müraciət edən ev sahibi oradan 20.000 manat dəyərində avtomobil ehtiyat hissələrinin oğurlandığını bildirib. Binəqədi RPİ 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən R.İbrahimov, Q.Ələsgərov, C.Ələsgərov və Ə.Hüseynov müəyyən olunaraq saxlanılıblar.Araşdırma aparılır.
Sumqayıt şəhərində bir mağazadan avtomobil ehtiyat hissələrini oğurlamaqda şübhəli bilinən R.İsmayılov saxlanılıb
Sumqayıt şəhərində bir mağazadan 3500 manat dəyərində avtomobil ehtiyat hissələrinin oğurlanması barədə polisə məlumat daxil olub. Sumqayıt ŞPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən R.İsmayılov saxlanılıb.Araşdırma aparılır.
Qaradağ rayonunun Lökbatan qəsəbəsində evlərin birindən pul oğurlamaqda şübhəli bilinən H.Balazadə saxlanılıb
Qaradağ RPİ 10-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Lökbatan qəsəbəsində evlərin birindən 2000 manat pul oğurlamaqda şübhəli bilinən H.Balazadə saxlanılıb.Araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 33 cinayətin açılması təmin olunub
20.07.2024
İyulun 20-də ölkə ərazisində qeydə alınan 31, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Vətəndaşların velosipedlərini oğurlamaqda şübhəli bilinən İ.Babayev və T.Mikayılov saxlanılıblar
Nəsimi RPİ 20-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə iyulun 17-nə keçən gecə bir nəfərin velosipedini oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş və oğurluğa görə də axtarışda olan İ.Babayev saxlanılıb. Səbail RPİ 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə rayon ərazisində bir nəfərin velosipedinin üzərindəki çantanı, bir nəfərin isə velosipedini oğurlamaqda şübhəli bilinən T.Mikayılov saxlanılıb. Onun müxtəlif vaxtlarda Nəsimi rayonu ərazisində ayrı-ayrı ünvanlardan daha 3 velosiped oğurlaması da müəyyən edilib. Faktlarla bağlı araşdırmalar aparılır.
Sumqayıt şəhər çimərliyində bir nəfərin çantasını oğurlamaqda şübhəli bilinən A.Məmmədli saxlanılıb
Sumqayıt şəhər çimərliyində bir nəfərin çantası oğurlanıb. Polisə müraciət edən həmin şəxs içərisində 2 ədəd mobil telefonu, bank kartları və geyim əşyaları olan çantasının çimərlikdə oğurlandığını bildirib. Sumqayıt ŞPİ 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən 20 yaşlı A.Məmmədli müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Göyçay rayonunun Mallı Şıxlı kəndi ərazisindən yabanı bitmiş çətənə kolları məhv edilib.
Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Mallı Şıxlı kəndi ərazisindən yabanı bitmiş 610 kiloqram çəkidə 763 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.
Gün ərzində ölkə ərazisində qeydə alınan 53 cinayətin açılması təmin olunub
19.07.2024
Qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirlər davam etdirilir