Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Ağdaş Rayon Cüvə kənd sakininin həyətyanı sahəsindən çətənə kolu və marixuana aşkar olunaraq götürülüb
22.07.2024
Ağdaş Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Cüvə kənd sakini R.Məmmədovun həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 11 ədəd çətənə kolu, evinə baxış zamanı isə marixuana aşkar olunaraq götürülüb.Araşdırma aparılır.
Lerik Rayon ərazisində saxlanılan şəxsdən marixuana aşkar olunaraq götürülüb
Daşkəsən Rayon Zinzahal kəndi ərazisindən yabanı halda bitmiş çətənə kolu aşkar olunaraq məhv edilib
Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Zinzahal kəndi ərazisindən yabanı halda bitmiş 1,1 ton çəkidə 800 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.
Gün ərzində ölkə ərazisində qeydə alınan 49 cinayətin açılması təmin olunub
21.07.2024
İyulun 21-də ölkə ərazisində qeydə alınan 47, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirlər davam etdirilir
Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir. İyulun 20-də və 21-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 1 qumbara, 14 tüfəng, 3 patron darağı və 49 ədəd müxtəlif çaplı patron təhvil götürüblər. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 2 tüfəng aşkar edilərək götürülüb.
Ümumi çəkisi 7,7 kiloqrama yaxın narkotik vasitə və 60 ədəd metadon həbi aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyulun 20-də və 21-də ümumi çəkisi 7,7 kiloqrama yaxın narkotik vasitə, həmçinin 60 ədəd metadon həbi aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının iyulun 20-də və 21-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
İtkin düşmüş kimi axtarışda olan 11 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
İyulun 20-də və 21-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə itkin düşmüş kimi axtarışda olan 11 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Sumqayıt şəhəri ərazisində bir nəfərin pulunu və mobil telefonunu quldurluq yolu ilə talamaqda şübhəli bilinən T.Babaverdiyev saxlanılıb
İyulun 21-də Sumqayıt şəhəri ərazisində bir nəfərin 460 manat pulunun və mobil telefonunun quldurluq yolu ilə talanması barədə polisə məlumat daxil olub. Sumqayıt ŞPİ 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş T.Babaverdiyev müəyyən olunaraq saxlanılıb. Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır.
Yasamal rayonu ərazisində yerləşən uşaq bağçalarının birindən kombi aparatını oğurlamaqda şübhəli bilinən O.Abdullayev saxlanılıb
Yasamal rayonu ərazisində yerləşən uşaq bağçalarının birinin divarından kombi aparatının oğurlanması barədə polisə məlumat daxil olub. Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən O.Abdullayev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.