Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Dələduzluğa görə axtarışda olan 10 nəfər saxlanılaraq istintaqa təhvil verilib
02.09.2024
Polis əməkdaşlarının sentyabrın 2-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 10 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
İtkin düşmüş kimi axtarışda olan 5 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
Sentyabrın 2-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə itkin düşmüş kimi axtarışda olan 5 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Ağdam rayonunun Quzanlı qəsəbəsi ərazisindən “VAZ-21011” markalı avtomobili qaçırmaqda şübhəli bilinən R.Hüseynov avtomobillə birgə saxlanılıb
Sentyabrın 1-də saat 23 radələrində Ağdam rayonunun Quzanlı qəsəbəsi ərazisindən “VAZ-21011” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.Ağdam Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsinin qaçırmaqda şübhəli bilinən R.Hüseynov avtomobillə birgə saxlanılıb.Araşdırma aparılır.
Nəsimi rayonu ərazisində oğurluqda şübhəli bilinən H.Yunusov və Ç.Məmmədov saxlanılıblar
Nəsimi RPİ 21-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində “Tofaş” markalı avtomobildən mobil telefon oğurlamaqda şübhəli bilinən H.Yunusov, bir nəfərin isə velosipedini oğurlamaqda şübhəli bilinən Ç.Məmmədov saxlanılıb.Hər iki faktla bağlı araşdırma aparılır.
Qəbələ rayon sakini olan bir nəfərin bank kartından pulunu oğurlamaqda şübhəli bilinən H.Sədullayev saxlanılıb
Qəbələ Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon sakini olan bir nəfərin bank kartından 39 manatını oğurlamaqda şübhəli bilinən H.Sədullayev müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Gəncə şəhərinin Savalan qəsəbəsi və Cavadxan qəsəbəsi ərazisində yabanı halda bitmiş çətənə kolları aşkar olunaraq məhv edilib
Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən Savalan qəsəbəsi ərazisində yabanı halda bitmiş 818 kiloqram çəkidə 1456 ədəd, Cavadxan qəsəbəsi ərazisində isə 820 kiloqram çəkidə 1950 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.
DİN BMCMİ əməkdaşları tərəfindən saxlanılan 3 şəxsdən 35 kq narkotik vasitə aşkarlanıb
DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar davam etdirilir. Növbəti tədbirlərlə daha bir narkoşəbəkənin üzvləri əvvəllər məhkum olunmuşlar Xaliq Hüseynzadə, Seymur Məmmədli və tanışı Elşən Qəniyev saxlanılıblar. Onların üzərindən, avtomobillərindən və yaşadıqları evlərdən 35 kiloqrama yaxın tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana və heroin aşkarlanıb. Saxlanılan şəxslər ifadələrində narkotikləri satış məqsədilə əldə etdiklərini bildiriblər. Faktlarla bağlı cinayət işləri başlanılıb, məhkəmənin qərarı ilə onlar barəsində həbs-qətimkan tədbirləri seçilib. X.Hüseynzadə, S.Məmmədli və E.Qəniyevlə əlbir olan digər şəxslərin də saxlanılması istiqamətində tədbirlər davam etdirilir.
Ölkə ərazisində yaşama hüququ verən sənədləri olmayan əcnəbilərə qarşı polis tədbirlər keçirib
Bakı şəhərində müxtəlif ünvanlarda ölkə ərazisində yaşama hüququ verən sənədləri olmayan əcnəbilərə qarşı polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir. Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat Miqrasiya İdarəsinin Qanunsuz Miqrasiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən avqust ayında keçirilən tədbirlərlə daha 94 əcnəbi vətəndaş qeyd olunan qanun pozuntularına yol verdikləri üçün saxlanılıb. Araşdırmalarla saxlanılan şəxslərdən bir neçəsinin qeydiyyatsız yaşamaqla yanaşı qanunsuz əmək fəaliyyəti ilə məşğul olduqları da müəyyən edilib.
Bakıda 7 marketdən 42 min manatlıq oğurluq edən maskalı şəxslər saxlanılıblar
Paytaxtın Suraxanı rayonu və digər ərazilərində silsilə oğurluq hadisələri qeydə alınıb. Naməlum şəxslər müxtəlif vaxtlarda şəxsiyyətlərini gizlətmək məqsədilə hazırladıqları xüsusi maskalarla kamuflyaj olunaraq 7 marketi talayıblar. Onlar həmin marketlərdən 2 min manatdan artıq nağd pul, 12 min manat dəyərində tütün məmulatları və ödəmə terminallarından 27000 manata yaxın maddi vəsait ələ keçiriblər. Suraxanı Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə qabaqcadan əlbir olaraq qeyd edilən cinayət əməllərini törədən şəxslər - 2000-ci il təvəllüdlü Rəhman Məhərrəmov və 1975-ci il təvəllüdlü Cəbrayıl Bağırov saxlanılıblar. Onların törətdikləri oğurluqlar təhlükəsizlik kameraları vasitəsilə də lentə alınıb. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. R.Məhərrəmov və C.Bağırovun analoji hadisələrdə iştirakının olub-olmaması istiqamətində araşdırmalar davam etdirilir.
Gün ərzində ölkə ərazisində qeydə alınan 32 cinayətin açılması təmin olunub
01.09.2024
Sentyabrın 1-də ölkə ərazisində qeydə alınan 27, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.