Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirlər davam etdirilir
25.07.2024
Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir.İyulun 25-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 1 tapança, 7 tüfəng, 2 patron darağı və 45 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.Keçirilən əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 2 tüfəng aşkar edilərək götürülüb.
Əməliyyat tədbirləri ilə narkotik vasitə və kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolu aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyulun 25-də ümumi çəkisi 25,7 kiloqrama yaxın narkotik vasitə, həmçiknin 15 ədəd metadon həbi və 52 ədəd kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolu aşkar olunaraq götürülüb.Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Dələduzluğa görə axtarışda olan 11 nəfər saxlanılaraq istintaqa təhvil verilib
İtkin düşmüş kimi axtarışda olan 2 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
İyulun 25-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə itkin düşmüş kimi axtarışda olan 2 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Bakı şəhər sakini olan qadının bank kartından pul oğurlamaqda şübhəli bilinən şəxs müəyyən olunaraq saxlanılıb
Bakı şəhər sakini olan qadın bank kartından 301 manatının oğurlanması ilə bağlı polisə müraciət edib.Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən İ.Kərimov müəyyən olunaraq saxlanılıb.Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə bir nəfərin bank kartından 310 manatını oğurlamaqda şübhəli bilinən qadın saxlanılıb.Hər iki faktla bağlı araşdırma aparılır.
Nəsimi Rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb
Nəsimi RPİ 21-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllər məhkum olunmuş Y.Xalıqov saxlanılıb. Ondan külli miqdarda heroin və metamfetamin aşkar edilib.Davam etdirilən əməliyyat tədbirləri ilə onun yaşadığı evdən əlavə heroin, metamfetamin, tiryək, marixuana və metadon həbləri aşkar olunaraq götürülüb.Araşdırma aparılır.
Nəsimi Rayon ərazisində oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar
Nəsimi RPİ 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində “KİA” markalı avtomobildən 500 manat pul oğurlamaqda şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş X.Mustafayev, bir nəfərin isə velosipedini oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş E.Əhmədov saxlanılıblar.Hər iki faktla bağlı araşdırma aparılır.
Salyan Rayon ərazisində saxlanılan şəhər sakinindən narkotik maddə aşkar olunaraq götürülüb
Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə saxlanılan şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş M.Qasımovdan metamfetamin aşkar olunaraq götürülüb.Davam etdirilən tədbirlərlə onun evinə baxış zamanı oradan əlavə 690 qram heroin və elektron tərəzi götürülüb.Araşdırma aparılır.
Ucar Rayon Qarabörk kəndində meşəlik sahədən çətənə kolu aşkar olunaraq götürülüb
Ucar Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Qarabörk kəndində meşəlik sahədə kənd sakini M.Qarayevin kultivasiya yolu ilə yetişdirdiyi 43 ədəd çətənə kolu aşkar olunaraq götürülüb. Davam etdirilən tədbirlərlə onun evinə baxış zamanı oradan əlavə marixuana da aşkar olunub götürülüb.Araşdırma aparılır.
Ağcabədi Rayon Kürdlər kənd sakininin həyətindən çətənə kolu aşkar olunaraq götürülüb
Ağcabədi Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Kürdlər kənd sakini Q.Sultanovun həyətindən kultivasiya yolu ilə yetişdirdiyi 9 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.Araşdırma aparılır.