Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - Polisin internet əməliyyatı
23.12.2024
Sosial şəbəkələrdə uşaq baxçalarında işə qəbulla bağlı saxta elanlarla insanları aldadan və onların pul vəsaitləri ələ keçirən şəxs müəyyən olunub. Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən vətəndaşlara qarşı kütləvi dələduzluq əməllərində şübhəli bilinən daha bir nəfər - 1995-ci il təvəllüdlü Mirnicat Əmirov saxlanılıb. Müəyyən edilib ki, M.Əmirov onunla əlaqə saxlayan hər bir vətəndaşdan işə qəbulla bağlı müraciətin qeydə alınması üçün müxtəlif məbləğlərdə pulun onun kartına köçürülməsini tələb edib. O, həmin pulları nağdlaşdırıldıqdan sonra zərərçəkənlərin əlaqə nömrələrini bloklayıb. Şübhəli şəxsən çoxsaylı bank kartları, elan saytlarında yerləşdirdiyi mobil telefon nömrələr və digər elektron sübutlar aşkar olunaraq götürülüb.Faktla bağlı araşdırmalar davam etdirilir.DİN-in Mətbuat Xidmətindən bir daha vətəndaşlara tövsiyə edilir ki, elan saytlarında yerləşdirilən məlumatlara münasibətdə diqqətli olsunlar, onlayn ödənişlər etməsinlər.
Gün ərzində ölkə ərazisində qeydə alınan 28 cinayətin açılması təmin olunub
22.12.2024
Dekabrın 22-də ölkə ərazisində qeydə alınan 22, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Binəqədi və Yasamal rayonlarının ərazisində oğurluq etməkdə şübhəli bilinən B.Eminov və Ş.Dəmirov saxlanılıblar
Binəqədi rayonunun Sulutəpə qəsəbəsində evlərin birindən 10.000 ABŞ dolları, Çiçək qəsəbəsində isə bir evdən 850 manat pul oğurlanması barədə polisə məlumatlar daxil olub. Binəqədi RPİ 40-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməllərini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 27 yaşlı B.Eminov müəyyən olunaraq saxlanılıb.Yasamal RPİ 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə dekabrın 21-də rayon ərazisindəki evlərin birindən 3400 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən 28 yaşlı Ş.Dəmirov saxlanılıb. Faktlarla bağlı araşdırmalar aparılır.
Dələduzuq yolu ilə bir nəfərin 15000 manat dəyərində məhsulunu ələ keçirməkdə şübhəli bilinən 36 yaşlı Ə.Fərəcov saxlanılıb
Sabunçu RPİ 13-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzuq yolu ilə bir nəfərin 15000 manat dəyərində məhsulunu ələ keçirməkdə şübhəli bilinən 36 yaşlı Ə.Fərəcov saxlanılıb. Binəqədi rayonu ərazisində 2 nəfərə hesabına ümumilikdə 700 manat ödətdirərək dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən 29 yaşlı M.Əmirov, Sumqayıt şəhərində isə iki nəfərə hesabına ümumilikdə 560 manat pul ödətdirərək dələduzluq yolu ilə həmin vəsaitləri ələ keçirməkdə şübhəli bilinən 23 yaşlı Ş.Mahmudova polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.Faktlarla bağlı araşdırmalar aparılır.
Nərimanov rayonu ərazisində 3 nəfərin mobil telefonlarını oğurlamaqda şübhəli bilinən H.Əhədov saxlanılıb
Nərimanov RPİ 16-cı Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində 3 nəfərin mobil telefonlarını oğurlamaqda şübhəli bilinən, əvvəllər oğurluq və narkotik cinayətlərinə görə məhkum olunmuş 29 yaşlı H.Əhədov müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
İtkin düşmüş kimi axtarışı aparılan 4 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
Dekabrın 21-də və 22-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatdırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 4 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Dələduzluğa görə axtarışda olan 4 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının dekabrın 21-də və 22-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 4 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
Ümumi çəkisi 21,9 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə dekabrın 21-də və 22-də ümumi çəkisi 21,9 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. Dekabrın 21-də və 22-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 4 tapança, 6 tüfəng, 5 patron darağı və 5 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Gün ərzində ölkə ərazisində qeydə alınan 25 cinayətin açılması təmin olunub
21.12.2024
Dekabrın 21-də ölkə ərazisində qeydə alınan 25 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.