Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Vətəndaşları işə bərpa etmək, təqaüd, sosial yardım düzəltmək vədi ilə aldadaraq dələduzluq edən şəxs saxlanılıb
28.12.2024
Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində vətəndaşların etibarından sui-istifadə edərək onlara qarşı dələduzluq edən əvvəllər də eyni əməllərə görə məhkum olunmuş 42 yaşlı Elməddin Kazımov saxlanılıb. Araşdırma zamanı onun ayrı-ayrı vətəndaşları işə bərpa etmək, təqaüd, sosial yardım düzəltmək, həmçinin əlillərə veriləcək ev, avtomobil növbəsində adlarının irəli çəkdirəcəyi vədi ilə aldadaraq dələduzluq etdiyi məlum olub. E.Kazımov qanunsuz əməllərini həyata keçirən zaman özünü zərərçəkənlərə “Zaur”, “Sadiq” və “Mübariz” adı ilə təqdim edib. Onun başqa şəxslərə qarşı da analoji cinayətlər törətdiyi istisna edilmir. E.Kazımovun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə polis orqanlarına məlumat verə bilərlər.
Gün ərzində ölkə ərazisində qeydə alınan 55 cinayətin açılması təmin olunub
27.12.2024
Dekabrın 27-də ölkə ərazisində qeydə alınan 29, əvvəlki dövrlərdən bağlı qalan 26 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Abşeron rayonunda 3 nəfərə məxsus bank kartlarından oğurluq etməkdə şübhəli bilinən N.Rəsulov, R.Əhmədli və E.Bayramov saxlanılıblar
Abşeron rayonunda 3 nəfərə məxsus bank kartlarından ümumilikdə 2565 manat oğurlanması barədə polisə məlumatlar daxil olub. Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bank kartlarından oğurluq etməkdə şübhəli bilinən N.Rəsulov, R.Əhmədli və əvvəllər məhkum olunmuş E.Bayramov müəyyən olunaraq saxlanılıblar. Araşdırma aparılır.
Xırdalan şəhəri ərazisində evlərin birindən 6 top elektrik naqilini oğurlamaqda şübhəli bilinən A.Cəfərov saxlanılıb
Xırdalan şəhəri ərazisində evlərin birindən 6 top elektrik naqilinin oğurlanması barədə polisə məlumat daxil olub. Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən A.Cəfərov müəyyən olunaraq saxlanılıb. Araşdırmalarla saxlanılan şəxsin dekabr ayı ərzində rayon ərazisində bir neçə evdən və həyatyanı sahələrdən ümumilikdə 12150 manat dəyərində naqil, su mühərriki, inşaat materialları və təmir alətləri oğurlaması da müəyyən olunub.
Abşeron rayonu ərazisindəki bir evdən və bir marketdən oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar
Abşeron rayonu Mehdiabad qəsəbəsində evlərin birindən 10000 manat dəyərində məişət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, həmin evdə kirayədə yaşayan, əvvəllər məhkum olunmuş E.Zöhrabov müəyyən olunaraq saxlanılıb. Keçirilən digər tədbirlərlə rayon ərazisində marketlərin birindən 3300 manat dəyərində tütün məmulatı, 270 manat dəyərində kameranın yaddaş qurğusu və ödəmə terminalından 6705 manat oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuşlar Ə.Məmmədov, F.Əliyev və F.Ovçiyev də müəyyən olunaraq saxlanılıblar. Faktlarla bağlı araşdırma aparılır.
Sabunçu rayonunda dekabr ayı ərzində narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 24 nəfər saxlanılıb
Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən dekabr ayında həyata keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 24 nəfər saxlanılıb. Onlardan ümumilikdə 13 kiloqram müxtəlif adda narkotik vasitə və psixotrop maddə aşkarlanaraq götürülüb.Saxlanılan şəxslər narkotikləri maddi qazanc əldə etmək məqsədilə ayrı-ayrı ünvanlara yerləşdirərək paytaxt ərazisində satışını təşkil etməyi planlaşdırıblar.Faktlarla bağlı toplanan materiallar istintaqa təqdim edilib, araşdırmalar aparılır.Polis əməkdaşları tərəfindən paytaxt və bölgələrdə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə fasiləsiz davam etdirilir.
İtkin düşmüş kimi axtarışı aparılan 11 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
Dekabrın 27-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatdırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 11 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Dələduzluğa görə axtarışda olan 17 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının dekabrın 27-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 17 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
Ümumi çəkisi 4,8 kiloqramdan artıq narkotik vasitə və 123 ədəd metadon həbi aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə dekabrın 27-də ümumi çəkisi 4,8 kiloqramdan artıq narkotik vasitə, həmçinin 123 ədəd metadon həbi aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. Dekabrın 27-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 7 avtomat silahı, 6 tapança, 3 tüfəng, 26 partlayıcı, 504 patron darağı və 247 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.