Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Nəsimi rayonunda dələduzluq və oğurluqda şübhəli bilinən şəxslər saxlanılıb
20.02.2025
Nəsimi rayonu ərazisində ayrı-ayrı vətəndaşların etibarından sui-istifadə edərək onların ümumilikdə 1500 manatının ələ keçirilməsi barədə polisə məlumatlar daxil olub.Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən 62 yaşlı Y.İsmayılov, 23 yaşlı S.Kişiyeva və E.Ələkbərov müəyyən olunaraq saxlanılıblar. Araşdırmalarla onların işə düzəltmək vədi ilə, eləcə də alqı-satqı saytlarının birində yerləşdirilən məhsula görə beh almaq kimi üsullarla vətəndaşların maddi vəsaitlərini mənimsəməsi məlum olub.Bundan başqa rayon ərazisində bir qadının bankomatda unutduğu 300 manatını oğurlamaqda şübhəli bilinən 39 yaşlı S.İbrahimovanın saxlanılması da polis əməkdaşları tərəfindən təmin edilib. Araşdırmalar aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 84 cinayətin açılması təmin olunub
19.02.2025
Fevralın 19-da ölkə ərazisində qeydə alınan 79, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Nizami rayonu ərazisindən oğurluq edənlər saxlanıldı
Nizami rayonu H.Əliyev prospektində yerləşən evlərin birinin qarşısından moped oğurlanması barədə polisə məlumat daxil olub. Nizami RPİ 23-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 21 yaşlı A.Mərdanov müəyyən olunaraq saxlanılıb. Rayon ərazisində yerləşən təkər bazarından isə 400 manat dəyərində iki ədəd avtomobil diski oğurlamaqda şübhəli bilinən 26 yaşlı O.Qurbanov müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb. Nizami rayonu ərazisində daha bir oğurluq hadisəsi isə ticarət mərkəzlərinin birində baş verib. Dəyəri 4400 manat olan qızıl-zinət əşyasının oğurlanması barədə polisə daxil olmuş müraciət əsasında keçirilən tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 42 yaşlı qadın müəyyən edilərək saxlanılıb.Hər üç faktla bağlı araşdırma aparılır.
Nəsimi və Binəqədi rayonunda dələduzluqda şübhəli bilinən şəxslər saxlanılıb
Nəsimi rayonu ərazisində bir vətəndaşın dələduzluğa məruz qalması və 10550 manatının ələ keçirilməsi barədə polisə məlumat daxil olub. Nəsimi RPİ 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 29 yaşlı S.Mahmudov müəyyən edilərək saxlanılıb.Bundan başqa Binəqədi rayonu ərazisində vətəndaşın etibarından sui-istifadə edərək 2500 manatını ələ keçirməkdə şübhəli bilinən 23 yaşlı E.Şahmuradovun saxlanılması da polis əməkdaşları tərəfindən təmin olunub.Araşdırmalar aparılır.
Yasamal və Nəsimi rayonlarında oğurluqda şübhəli bilinən şəxslər saxlanılıb
Yasamal rayonu ərazisində bir avtomobildən 700 manat və 300 dollar maddi vəsaitin oğurlanması barədə polisə məlumat daxil olub.Yasamal RPİ 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 35 yaşlı Ə.Vəlizadə müəyyən olunaraq saxlanılıb.Bundan başqa Nəsimi rayonu ərazisində 40 yaşlı N.Quliyevdən psixotrop maddə olan metamfetamin aşkarlanaraq götürülüb. Polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla onun bir nəfərin evindən 500 manat pul, 1500 manat dəyərində qızıl-zinət və məişət əşyaları oğurlaması da məlum olub. Araşdırmalar aparılır.
İtkin düşmüş kimi axtarışı aparılan 3 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
Fevralın 19-da polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 3 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Dələduzluğa görə axtarışda olan 12 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının fevralın 19-da keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 12 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
Ümumi çəkisi 19,4 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə fevralın 19-da ümumi çəkisi 19,4 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 3,1 kiloqrama yaxın heroin, 14,7 kiloqramdan artıq marixuana və 1,6 kiloqrama yaxın metamfetamin olub. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. Fevralın 19-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 13 tüfəng, 4 patron darağı və 121 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
DİN BNMİ-dən növbəti xüsusi əməliyyat – 72 kq narkotik dövriyyədən çıxarıldı
Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən külli miqdarda narkotiklərin ölkəyə qeyri-leqal yollarla gətirildiyi və satışının təşkil edildiyi barədə əməliyyat məlumatı daxil olub. Sabunçu və Nizami rayonları ərazisində həyata keçirilən növbəti xüsusi tədbir nəticəsində narkoşəbəkənin əsas üzvləri - əvvəllər məhkum edilmiş 40 yaşlı Alim Xəlilov və 33 yaşlı Əfqan Dünyamalıyev tutulublar. Onların üzərinə və avtomobilə baxış keçirilən zaman 72 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana, tiryək və psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb. Araşdırmalarla müəyyən edilib ki, A.Xəlilov və Ə.Dünyamalıyev narkotiklərin qanunsuz dövriyyəsini həyata keçirən şəbəkənin əsas üzvlərindən olublar. Həmin şəxslər ifadələrində narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə ayrı-ayrı ünvanlara çatdırmaq üçün əldə etdiklərini bildiriblər.Faktla bağlı cinayət işi başlanılıb, onlar barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.Narkoşəbəkənin digər üzvlərinin də aşkarlanaraq cinayət məsuliyyətinə cəlb olunmaları istiqamətində əməliyyatlar davam etdirilir.