Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Bank kartından oğurluq edənləri polis saxladı
09.02.2025
Yasamal rayonu ərazisində bir qadının bank kartında 2000 manatının oğurlanması barədə polisə məlumat daxil olub.Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən F.Hacıyeva və əvvəllər dəfələrlə məhkum olunmuş R.Rəhimov müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
İtkin düşmüş kimi axtarışı aparılan 8 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
Fevralın 8-də və 9-da polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 8 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Dələduzluğa görə axtarışda olan 16 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının fevralın 8-də və 9-da keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 16 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
Ümumi çəkisi 25,4 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə fevralın 8-də və 9-da ümumi çəkisi 25,4 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. Fevralın 8-də və 9-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 avtomat silahı və 10 tüfəng aşkar edərək götürüblər.
Gün ərzində ölkə ərazisində qeydə alınan 47 cinayətin açılması təmin olunub
08.02.2025
Fevralın 8-də ölkə ərazisində qeydə alınan 33, əvvəlki dövrlərdən bağlı qalan 14 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Bakı şəhərində yerləşən mağazalardan oğurluq edən şəxslər saxlanılıb
Paytaxtın müxtəlif rayonlarında yerləşən 7 mağazadan oğurluq edilməsi və nəticədə zərərçəkənlərə ümumilikdə 2500 manatdan çox maddi zərər vurulması barədə polisə məlumatlar daxil olub.Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən V.Rzayev, bir yeniyetmə, əvvəllər məhkum olunmuşlar - F.Fəttahov, Ş.Əliyev, M.Hüseynov və N.Dadaşov müəyyən olunaraq saxlanılıblar.Araşdırmalar aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 67 cinayətin açılması təmin olunub
07.02.2025
Fevralın 7-də ölkə ərazisində qeydə alınan 54, əvvəlki dövrlərdən bağlı qalan 13 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
İtkin düşmüş kimi axtarışı aparılan 3 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
Fevralın 7-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 3 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Dələduzluğa görə axtarışda olan 11 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının fevralın 7-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 11 nəfər saxlanılaraq istintaqa təhvil verilib.