Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Gün ərzində ölkə ərazisində qeydə alınan 74 cinayətin açılması təmin olunub
05.02.2025
Fevralın 5-də ölkə ərazisində qeydə alınan 60, əvvəlki dövrlərdən bağlı qalan 14 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Səbail rayonunda dələduzluq edən şəxslər saxlanılıblar
Səbail rayonu ərazisində bir nəfəri aldadaraq hesabına 6000 manat ödətdirən şəxslə bağlı polisə məlumat daxil olub. Səbail RPİ 8-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməlini törətməkdə şübhəli bilinən 28 yaşlı M.Xəlilov müəyyən olunaraq saxlanılıb. Nərimanov rayonu ərazisində də dələduzluq yolu ilə paytaxt sakininin maddi vəsaitini ələ keçirən 31 yaşlı İ.Alışov müəyyən olunaraq saxlanılıb. Hər iki faktla bağlı araşdırma aparılır.
Paytaxtda quldurluq edən şəxslər saxlanılıblar
Nəsimi rayonu ərazisində bir nəfərə zor tətbiq edilməklə 500 manatın talanması barədə polisə məlumat daxil olub. Nəsimi RPİ 20-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş E.Məmmədli müəyyən olunaraq saxlanılıb.Paytaxtın Yasamal rayonu ərazisində isə mənzillərin birinə daxil olaraq ev sahibinə zor tətbiq etməklə 300 manat və geyim əşyalarını quldurluq yolu ilə talayan, əvvəllər məhkum olunmuş 25 yaşlı K.Əsgərov müəyyən olunaraq saxlanılıb. Hər iki faktla bağlı araşdırma aparılır.
Qadını şantaj edən şəxs tutulub
Paytaxt sakini olan 32 yaşlı qadın polisə müraciət edərək bir nəfərin ona məxsus fotoşəkilləri sosial şəbəkələrdə yayacağı ilə hədə-qorxu gəldiyini və 4500 manat pul tələb etdiyini bildirib.Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən 35 yaşlı T.Əhliyarlı müəyyən olunaraq saxlanılıb.Faktla bağlı cinayət işi başlanılıb, araşdırma davam etdirilir.
İtkin düşmüş kimi axtarışı aparılan 4 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
Fevralın 5-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 4 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Dələduzluğa görə axtarışda olan 14 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının fevralın 5-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 14 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
Ümumi çəkisi 10,2 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə fevralın 5-də ümumi çəkisi 10,2 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. Fevralın 5-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 tapança, 1 qumbara, 7 tüfəng, 5 patron darağı və 86 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Gün ərzində ölkə ərazisində qeydə alınan 65 cinayətin açılması təmin olunub
04.02.2025
Fevralın 4-də ölkə ərazisində qeydə alınan 53, əvvəlki dövrlərdən bağlı qalan 12 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
İtkin düşmüş kimi axtarışı aparılan 5 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
Fevralın 4-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 5 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.