Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Dələduzluğa görə axtarışda olan 7 nəfər saxlanılaraq istintaqa təhvil verilib
17.02.2025
Polis əməkdaşlarının fevralın 17-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 7 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
Ümumi çəkisi 24,1 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə fevralın 17-də ümumi çəkisi 24,1 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 9 kiloqrama yaxın heroin, 11,7 kiloqrama yaxın marixuana və 3,4 kiloqramdan çox metamfetamin olub. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. Fevralın 17-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 6 avtomat silahı, 2 tapança, 2 qumbara, 45 partlayıcı, 19 tüfəng, 11 patron darağı və 436 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Gün ərzində ölkə ərazisində qeydə alınan 47 cinayətin açılması təmin olunub
16.02.2025
Fevralın 16-da ölkə ərazisində qeydə alınan 46 , əvvəlki dövrlərdən bağlı qalan 1 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
İtkin düşmüş kimi axtarışı aparılan 8 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
Fevralın 15-də və 16-da polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 8 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Dələduzluğa görə axtarışda olan 10 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının fevralın 15-də və 16-da keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 10 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
Ümumi çəkisi 18 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə fevralın 15-də və 16-da ümumi çəkisi 18 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. Fevralın 15-də və 16-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 1 tapança, 6 qumbara, 1 alışdırıcı, 27 tüfəng, 2 patron darağı və 48 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb
Binəqədi rayonu ərazisində bir nəfərin içərisində 1270 manat, 940 dollar, 7300 rubl və şəxsiyyət vəsiqəsi olan pul kisəsinin oğurlanması barədə polisə məlumat daxil olub. Binəqədi RPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 64 yaşlı M.Nəcəfov müəyyən olunaraq saxlanılıb. Analoji hadisə Nərimanov rayonu ərazisində də baş verib. Rayon sakininin 1000 manat dəyərində kosmetik vasitələrini və sənədlərini oğurlamaqda şübhəli bilinən yeniyetmə müyyən edilərək saxlanılıb. Paytaxt ərazisində isə mağazaların birindən 750 manat dəyərində tütün məmulatı, 2000 manat dəyərində inşaat materialları oğurlayan 18 yaşlı F.Kərimov və əvvəllər məhkum olunmuş 34 yaşlı B.İsmayılov müəyyən olunaraq saxlanılıblar.
Mağaza və restoranlardan oğurluq edənlər saxlanıldı
Fevralın 14-ü Sabunçu rayonu ərazisində yerləşən restoranların birindən 182 manat oğurlanması barədə polisə məlumat daxil olub.Sabunçu RPİ 15-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən yeniyetmə müəyyən olunaraq saxlanılıb. Araşdırmalarla saxlanılan şəxs E.Həsənov adlı tanışı ilə birgə ayrı-ayrı vaxtlarda mağaza və restoranlardan 470 manat pul, mobil telefon, tütün məmulatı, alışqanlar və energetik içkilər oğurlamaları da məlum olub. E.Həsənov da müəyyən edərək saxlanılıb.