Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Paytaxt ərazisində quldurluq əməlini törətməkdə şübhəli bilinən L.Hüseynova və E.Nağıyev saxlanılıblar
21.12.2024
Paytaxt ərazisində baş vermiş quldurluq hadisəsi barədə polisə məlumat daxil olub. 37 yaşlı kişi dekabrın 21-də gecə saat 1 radələrində Nəsimi rayonu ərazisində 2 nəfərin onu “Saipa” markalı avtomobilə mindirərək müxtəlif yerlərdə döydüklərini, saat 3 radələrində isə Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində yenidən döyüb xəsarət yetirərək 120 manat pulunu, 2400 manat dəyərində mobil telefonunu və qol saatını taladıqlarını bildirib.Binəqədi RPİ 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinən 37 yaşlı L.Hüseynova və 30 yaşlı E.Nağıyev idarə etdiyi “Saipa” markalı avtomobillə birgə saxlanılıblar.Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.
Yasamal rayonu ərazisində “Opel” markalı avtomobilin şüşəsini və faralarını sındırmaqda və nömrələrini qırmaqda şübhəli bilinən Ə.Əzimov saxlanılıb
Dekabrın 21-nə keçən gecə Yasamal rayonu ərazisində “Opel” markalı avtomobilin şüşəsinin və faralarının sındırılması, nömrələrinin qırılması barədə polisə məlumat daxil olub. Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən 19 yaşlı Ə.Əzimov müəyyən olunaraq saxlanılıb. Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.
Səbail rayonu ərazisindən elektrik naqili və bir mağazadan oğurluq etməkdə şübhəli bilinən bir qrup şəxs saxlanılıb
Səbail RPİ 8-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dekabrın 20-nə keçən gecə rayon ərazisindən 560 manat dəyərində elektrik naqili, bir mağazadan isə 400 manat dəyərində oğurluq etməkdə şübhəli bilinən 42 yaşlı S.Bəyəliyev, 33 yaşlı R.Kişiyev və 21 yaşlı M.İbrahimli saxlanılıblar. Faktlarla bağlı araşdırmalar aparılır.
Nəsimi rayonu ərazisində yerləşən mağazadan oğurluq etməkdə şübhəli bilinən S.Bədirov saxlanılıb
Nəsimi rayonu ərazisində yerləşən mağazadan oğurluq olub. Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinə müraciət edən satıcı kassasından 3097 manatın oğurlandığını bildirib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 35 yaşlı S.Bədirov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 36 cinayətin açılması təmin olunub
20.12.2024
Dekabrın 20-də ölkə ərazisində qeydə alınan 31, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
İtkin düşmüş kimi axtarışı aparılan 8 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
Dekabrın 20-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatdırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 8 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Dələduzluğa görə axtarışda olan 10 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının dekabrın 20-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 10 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
Ümumi çəkisi 5,3 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə dekabrın 20-də ümumi çəkisi 5,3 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. Dekabrın 20-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 1 tapança, 5 tüfəng, 2 patron darağı və 26 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.