Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Xətai rayonu ərazisində “Hyundai” markalı avtomobildən 10.000 manat dəyərində lotereya biletinin oğurlamaqda şübhəli bilinən M.Ağayev və İ.Qayıbov saxlanılıblar
15.12.2024
Dekabrın 13-nə keçən gecə Xətai rayonu ərazisində “Hyundai” markalı avtomobildən 10.000 manat dəyərində lotereya biletinin oğurlanması barədə polisə məlumat daxil olub.Xətai RPİ 35-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 39 yaşlı M.Ağayev və 34 yaşlı İ.Qayıbov müəyyən olunaraq saxlanılıblar. Araşdırma aparılır.
İtkin düşmüş kimi axtarışı aparılan 9 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
Dekabrın 14-də və 15-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatdırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 9 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Dələduzluğa görə axtarışda olan 8 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının dekabrın 14-də və 15-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 8 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
Ümumi çəkisi 7,4 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə dekabrın 14-də və 15-də ümumi çəkisi 7,4 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. Dekabrın 14-də və 15-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 4 tüfəng, 3 patron darağı və 100 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Gün ərzində ölkə ərazisində qeydə alınan 20 cinayətin açılması təmin olunub
14.12.2024
Dekabrın 14-də ölkə ərazisində qeydə alınan 16, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Nəsimi rayonu ərazisindən motosiklet qaçırmaqda şübhəli bilinən yeniyetmə motosikletlə birgə saxlanılıb
Nəsimi rayonu ərazisindən “Yamaha” markalı motosikletin qaçırılması barədə polisə məlumat daxil olub. Nəsimi RPİ 21-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən yeniyetmə motosikletlə birgə saxlanılıb.Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.
Xırdalan şəhər sakininin 2 bank kartından 3293 manat və 2000 ABŞ dollarını oğurlamaqda şübhəli bilinən R.Əhmədli saxlanılıb
Xırdalan şəhər sakininin 2 bank kartından 3293 manat və 2000 ABŞ dollarının oğurlanması barədə polisə məlumat daxil olub. Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 32 yaşlı R.Əhmədli müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 32 cinayətin açılması təmin olunub
13.12.2024
Dekabrın 13-də ölkə ərazisində qeydə alınan 28, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Bakı şəhər sakinindən hədə-qorxu gələrək 10000 manat tələb etməkdə şübhəli bilinən C.Hacıyev saxlanılıb
33 yaşlı Bakı şəhər sakini bir nəfərin ona hədə-qorxu gələrək 10000 manat tələb etməsi barədə polisə müraciət edib.Xətai RPİ 36-cı Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 36 yaşlı C.Hacıyev müəyyən olunaraq saxlanılıb. Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.