Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Ümumi çəkisi 9,4 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
24.12.2024
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə dekabrın 24-də ümumi çəkisi 9,4 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. Dekabrın 24-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 avtomat silahı, 1 qumbara, 2 tüfəng, 6 patron darağı və 570 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Gün ərzində ölkə ərazisində qeydə alınan 36 cinayətin açılması təmin olunub
23.12.2024
Dekabrın 23-də ölkə ərazisində qeydə alınan 31, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Sumqayıt şəhər sakini olan bir nəfərin bank kartından 1015 manatını oğurlamaqda şübhəli bilinən E.Məmmədov saxlanılıb
Sumqayıt ŞPİ 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dekabrın 2-də şəhər sakini olan bir nəfərin bank kartından 1015 manatını oğurlamaqda şübhəli bilinən 44 yaşlı E.Məmmədov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Dələduzluq yolu ilə vətəndaşların pulunu ələ keçirməkdə şübhəli bilinən bir qrup şəxs saxlanılıb
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Bakı şəhər sakini olan bir nəfərin 24000 manatını, digər şəxsin isə 12000 manatını dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən 42 yaşlı A.Qasımov, 48 yaşlı R.Əliyev və 50 yaşlı E.Vəliyev müəyyən olunaraq saxlanılıblar. Sumqayıt şəhərində isə bir nəfərin 5500 manatını dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən 42 yaşlı N.Abdullayeva və 26 yaşlı S.Abdullayev polis əməkdaşları tərəfindən saxlanılıb.Faktlarla bağlı araşdırmalar aparılır.
Maştağa qəsəbəsinin Savalan yaşayış sahəsində 6 evdən oğurluq etməkdə şübhəli bilinən A.Rəhimov və bir yeniyetmə saxlanılıb
Sabunçu RPİ 14-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə müxtəlif vaxtlarda Maştağa qəsəbəsi Savalan yaşayış sahəsində 6 evdən ümumilikdə 22000 manat dəyərində məişət əşyaları, 1800 manat dəyərində təmir alətləri və avtomobil ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 26 yaşlı A.Rəhimov və bir yeniyetmə müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
İtkin düşmüş kimi axtarışı aparılan 15 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
Dekabrın 23-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatdırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 15 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının dekabrın 23-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
Ümumi çəkisi 3,1 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə dekabrın 23-də ümumi çəkisi 3,1 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. Dekabrın 23-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 1 tapança, 5 tüfəng, 2 patron darağı və 30 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.