Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Ümumi çəkisi 20 kiloqrama yaxın narkotik vasitə və 218 ədəd psixotrop tərkibli həb aşkar olunaraq götürülüb
07.02.2025
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə fevralın 7-də ümumi çəkisi 20 kiloqrama yaxın narkotik vasitə, həmçinin 218 ədəd psixotrop tərkibli həb aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. Fevralın 7-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 7 avtomat silahı, 1 tapança, 1 qumbara, 10 tüfəng, 12 patron darağı və 371 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Gün ərzində ölkə ərazisində qeydə alınan 69 cinayətin açılması təmin olunub
06.02.2025
Fevralın 6-da ölkə ərazisində qeydə alınan 57, əvvəlki dövrlərdən bağlı qalan 12 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Soyğunçuluq əməlini törədənləri polis saxladı
Sumqayıt şəhəri ərazisində lotereya satışı məntəqəsindən soyğunçuluq yolu ilə lotereya biletlərinin talanması barədə polisə məlumat daxil olub.Sumqayıt ŞPİ 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 40 yaşlı İ.Sarıyev müəyyən olunaraq saxlanılıb.Səbail rayonu ərazisində isə bir nəfərin soyğunçuluq yolu ilə mobil telefonunu talamaqda şübhəli bilinən 20 yaşlı M.Dadaşzadə müəyyən olunaraq saxlanılıb.Hər iki faktla bağlı araşdırma aparılır.
Bakıda 11 elektromobildən oğurluq edən şəxsi polis saxladı
Xəzər rayonu Şüvəlan qəsəbəsi ərazisində “Volkswagen” markalı elektromobildən 1500 manat pulun oğurlanması barədə polisə məlumat daxil olub. Xəzər Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 36 yaşlı Mahir Məmmədov saxlanılıb.Araşdırmalarla saxlanılan şəxsin paytaxtın digər ərazilərində də əsasən elektromobillərdən oğurluq etdiyi müəyyən olunub. Onun bu yolla 11 nəqliyyat vasitəsini taladığı məlum olub. Faktla bağlı araşdırma aparılır.
Nizami rayonu ərazisində bir nəfəri əlavə gəlir qazanmaq adı ilə aldadıb pul vəsaitini ələ keçirməkdə şübhəli bilinən A.Dilicani və T.Əliyev saxlanılıblar
Nizami rayonu ərazisində bir nəfərin dələduzluğa məruz qalması barədə polisə məlumat daxil olub. Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşları tərəfindən aparılan araşdırmalarla həmin şəxsin əlavə gəlir qazanmaq adı ilə aldadılıb 21 min manatdan artıq pul vəsaitinin ələ keçirilməsi məlum olub.Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməlini törətməkdə şübhəli bilinən 26 yaşlı A.Dilicani və 30 yaşlı T.Əliyev müəyyən edilərək saxlanılıblar.Araşdırma aparılır.
Nəsimi rayonunda oğurluqda şübhəli bilinən 2 şəxs saxlanılıb
Nəsimi rayonu ərazisində biri avtomobildən olmaqla 2 şəxsin mobil telefonlarının oğurlanması barədə polisə məlumatlar daxil olub.Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməllərini törətməkdə şübhəli bilinən 67 yaşlı A.Həsənov və əvvəllər məhkum olunmuş 52 yaşlı C.Kərimov müəyyən olunaraq saxlanılıblar.Araşdırma aparılır.
Dələduzluğa görə axtarışda olan 7 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının fevralın 6-da keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 7 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
Ümumi çəkisi 27,4 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə fevralın 6-da ümumi çəkisi 27,4 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 9,8 kiloqrama yaxın heroin, 15,5 kiloqrama yaxın marixuana, 2,1 kiloqramdan çox həşiş, həmçinin 22 ədəd metadon həbi olub. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. Fevralın 6-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 11 avtomat silahı, 11 tüfəng, 11 patron darağı və 1925 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.