Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Xətai və Yasamal rayonlarında silsilə oğurluq edən şəxslər saxlanılıblar

22.03.2025

Polis Xətai və Yasamal rayonlarında silsilə oğurluq edən şəxsləri saxlayıbXətai rayonu ərazisində 3 avtomobildən 1600 manat pul vəsaiti, bank kartları və 60 manat dəyərində zinət əşyasının oğurlanması barədə polisə məlumat daxil olub.Xətai RPİ 36-cı Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 23 yaşlı N.Eminov və 38 yaşlı Ə.İsmayılov müəyyən olunaraq saxlanılıblar.Bundan başqa, Yasamal rayonu ərazisində noutbuk, televizor və içərisində 500 manat dəyərində geyim əşyaları olan çantanı oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 44 yaşlı E.Vəlibəyov müəyyən olunaraq saxlanılıb.Araşdırmalar aparılır.
  

22.03.2025 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 23 cinayətin açılması təmin olunub 22.03.2025
  • Xətai və Yasamal rayonlarında silsilə oğurluq edən şəxslər saxlanılıblar 22.03.2025